Accessibility links

Dövlət Departamenti sözçüsü: Biz dəqiq bilirik ki, İran Rusiyaya pilotsuz uçuş aparatları verir


US Department of State
US Department of State

Birləşmiş Ştatlar avqustun 17-də bildirib ki, İranın sabitliyi pozan hərəkətlərdə iştirakını, o cümlədən Ukraynaya hücum etmək üçün Rusiyaya pilotsuz uçuş aparatlarını verməsini ciddi qəbul edir.

“Müttəfiqlərimiz və tərəfdaşlarımızla koordinasiyada həm İran rejimini, həm də Rusiya Federasiyasını ukraynalı tərəfdaşlarımıza qarşı pilotsuz uçuş aparatlarından istifadə etdiyinə görə məsuliyyətə cəlb etməyə davam edəcəyik. Biz dəqiq bilirik ki, İran rejimi Rusiyaya pilotsuz uçuş aparatları verir”, Dövlət Departamentinin sözçünün müavini Vedant Patel ənənəvi brifinqdə Turan agentliyinin sualının cavabında deyib.

Patel onu da bildirib ki, Evin həbsxanasından ev dustaqlığına köçürülən Amerika vətəndaşlarının azadlığa buraxılması ilə bağlı İranla bu yaxınlarda əldə olunan razılaşma “ayrı bir problemdir”.

Turan gentliyinin Məhsa Əmininin öldürülməsinin birinci ildönümü ərəfəsində ABŞ-ın İran liderlərini insan haqları sanksiyaları ilə cəzalandırmağa hazır olub-olmaması ilə bağlı sualına cavabda Patel deyib ki, ABŞ “cinayətkarları və insan haqlarını pozanları tutmaq üçün addımlar atmaqdan çəkinmir və İran da istisna deyil”.

“İran rejimi insan haqlarını boğmaqda davam edir və bu insan haqları pozuntuları təhlükədir. Regiondakı müttəfiqlərimiz və tərəfdaşlarımızla əməkdaşlıqda buna qarşı mübarizə aparacağıq”, o qeyd edib.

Forum

XS
SM
MD
LG