Accessibility links

Macarıstan və Azərbaycan qaz anbarlarında əməliyyatların başlanmasını müzakirə edib


Macarıstan və Azərbaycan Macarıstanın qaz anbarlarında əməliyyatların başlanmasını müzakirə ediblər (Foto: İqtisadiyyat naziri Mikayıl Cabbarovun X sosial şəbəkə hesabından götürülüb.
Macarıstan və Azərbaycan Macarıstanın qaz anbarlarında əməliyyatların başlanmasını müzakirə ediblər (Foto: İqtisadiyyat naziri Mikayıl Cabbarovun X sosial şəbəkə hesabından götürülüb.

Macarıstanın Baş naziri Viktor Orban diplomatik fikir mübadiləsi zamanı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla enerji əməkdaşlığı üzrə müzakirələr aparıb.

Macarıstanın Baş nazirinin ofisinin mətbuat xidmətinin rəhbəri Zoltan Kovacs sosial şəbəkədəki hesabında bildirib ki, müzakirə olunan mövzular arasında əsas məsələ Azərbaycan enerji şirkətinin Macarıstan qaz anbarlarında əməliyyatlara başlaması zərurəti olub, bu da iki ölkə arasında enerji təhlükəsizliyinin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş addımdır.

Kovacs Macarıstan şirkətlərinin Azərbaycanda fəaliyyətinin uğurla genişləndirilməsi ilə bağlı olan müzakirələrin iki ölkə arasında iqtisadi tərəfdaşlığın artdığını göstərdiyini qeyd edib.

“Həmçinin, onlar macar şirkətlərinin Azərbaycanda uğurlu genişlənməsini və gələcəkdə potensial macar investisiyasını müzakirə ediblər. Qarabağın yenidən bərpası sahəsində macar şirkətlərinin inşa prosesində iştirakı üçün bir Azərbaycan şəhəri müəyyənləşdirilib”, o bildirib.

Görüşdə qeyd edilib ki, Macarıstan azərbaycanlı tələbələrə Macarıstanda təhsil almaq üçün hər il 200 təqaüd imkanı təklif edir.

Öz növbəsində iqtisadçı Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində bildirib ki, Azərbaycanın enerji daşıyıcıları, Avropa üçün mühüm əhəmiyyətə malikdir.

Onun fikrincə, Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın qaz resursları getdikcə daha böyük tələb görür .

"Ümumiyyətlə Rusiyanın Avropaya qaz təchizatının altı dəfədən çox aşağı düşməsi, Azərbaycan qazına marağın təbii ki artmasına səbəb olub. Azərbaycanın bu günə qədər qurduğu TAP və TANAP layihələri Azərbaycan üçün xüsusi əhəmiyyətə malikdir, o cümlədən Macarıstan da əlavə olaraq bu xəttlə 1 milyard kub metrə yaxın qaz almağı düşünür. Azərbaycan tarixində ilk dəfə idi ki, artıq 10 milyard kub metr qazının çatdırılmasını Avropaya bacardı. Bu il 11 milyard olması gözlənilir”, o bildirib.

Natiq Cəfərli -İqtisadçı ekspert
Natiq Cəfərli -İqtisadçı ekspert

Ekspert deyir ki, Azərbaycan 2027-ci ilə qədər Azərbaycan Avropa İttifaqına əlavə olaraq daha 10 milyard kub metr qazın verilməsini planlaşdırır.

“Bu anlamda Azərbaycan qazının böyük əhəmiyyəti var. Söhbət ondan getmir ki, Azərbaycan qazı Avropanın ehtiyaclarını tam ödəmək qabiliyyətinə qadir deyil. Avropanın qaz tələbatı illik təqribən 500 milyard kub metrdir. Azərbaycanın təqdim edəcəyi qaz isə cəmi 21 milyard olacaq bir neçə ildən sonra”, Cəfərli deyib.

Ekspertin sözlərinə görə Azərbaycan qazının əhəmiyyəti ondan ibarətdir ki, ən çox Rusiyanın qazından aslı olan Cənubi və Şərqi Avropa ölkələrinə çatdırılma imkanları var.

“Həmin ölkələrin ərazicə kiçik olması, daha az qaz tələbatı yaradır. Az tələbatı da Azərbaycan ödəyə bilər,” o deyib.

Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov X (keçmiş Twitter) sosial şəbəkə hesabında yazıb ki, Macarıstanla “yaşıl enerji” layihələri üzrə tərəfdaşlığın perspektivləri barədə müzakirə aparıb.

please wait

No media source currently available

0:00 0:02:59 0:00

“Macarıstana işgüzar səfərimiz çərçivəsində bu ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto ilə ölkələrimiz arasında müxtəlif sahələrdə aparılan fəal əməkdaşlıq, iqtisadi-ticarət əlaqələrini gücləndirən təşəbbüslərlə bağlı fikirləri bölüşdük”, nazir qeyd edib.

Macarıstanın xarici işlər naziri Peter Siyarto bu yaxınlarda verdiyi açıqlamada ölkənin Azərbaycan və Türkiyədən təbii qaz alışını artırmaq niyyətini açıqlayıb. Qaz artıq Macarıstana axmağa başlayıb. Siyarto bundan öncə Macarıstanın enerji mənbələrini şaxələndirmək və ənənəvi təchizatçılardan asılılığı azaltmaq üçün davam edən səyləri vurğulayıb.

Azərbaycan qazının Macarıstana nəqlinin həcminin təqribən 1 milyard kubmetrə çatdırılacağı nəzərdə tutulur.

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Macarıstanla Azərbaycan arasında enerji əməkdaşlığı yeni səviyyəyə qaldırılıb.

“Bu, ikitərəfli strateji əməkdaşlığımızda mühüm addım deməkdir. Macarıstan və Azərbaycan Macarıstanda 50 milyon kubmetr qazın saxlanmasını nəzərdə tutan qaz tədarükü sazişinin təşəbbüskarı olub və qaz axını artıq başlayıb”, o qeyd edib.

Ekspertlər bildirir ki, Rusiya-Ukrayna müharibəsi fonunda bir sıra Avropa İttifaqı ölkələrinin Azərbaycanın enerji resuslarına marağı getdikcə artıb. Onlar hesab edir ki, xüsusilə müharibə fonunda Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində bu ölkənin Avropa İttifaqına qaz ixracının dayandırılması Azərbaycanın mavi qazına tələbatı artırıb.

Bu il aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu” imzalanıb.

Forum

XS
SM
MD
LG