Accessibility links

Təhlilçi Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının görüşünə qatılmasını yeni geosiyasi reallıqla izah edir


İlham Əliyev, Emoməli Rəhmon, Kasım-Jomart Tokayev, Sadır Japarov, Serdar Berdiməhəmmədov və Şavkat Mirziyoyev (Mənbə:kabar.kg )
İlham Əliyev, Emoməli Rəhmon, Kasım-Jomart Tokayev, Sadır Japarov, Serdar Berdiməhəmmədov və Şavkat Mirziyoyev (Mənbə:kabar.kg )

Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının Düşənbədə keçirlən 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak edir.

Mərkəzi Asiya dövlət başçılarının görüşü Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə 2017-ci ildən başlayaraq keçirilir.

Sentyabrın 14-də Düşənbədə keçirilən görüşdə, həmçinin Tacikistan Prezidenti Emoməli Rəhmon, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidrnti Sadır Japarov, Türkmənistan prezidentləri Serdar Berdiməhəmmədov və Özbəkistan prezidenti Şavkat Mirziyoyev iştirak edir.

Prezidenti İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı deyib ki, Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqların çoxəsrlik qardaşlıq münasibətləri bağlayır.

“Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur”.

Onun fikirncə, ikitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarət və sərmayələrin artımıdır.

“Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb. Birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb. Biz artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələri həyata keçiririk. Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri ilk icra mərhələsindədir. Biz Mərkəzi Asiyadan olan şirkətlərin bu yaxınlarda Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına marağını görürük”, Prezident qeyd edib.

Əliyev bildirib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində, həmçinin əks istiqamətdə etibarlı tranzit ölkəsidir.

“Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu onlar üçün açıqdır”.

Dövlət başısı bildirib ki, Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan tərəfindən müasirləşdirilir.

“Gələn il həmin yol ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırılır. Azərbaycan Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malikdir. Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq, biz gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal çalışırıq. Yeni sərmayə layihələri başa çatdıqdan sonra istehsal olunan tanker və quru yükdaşıyan gəmilərin sayı bu gün ildə 6 gəmidən 10-15 gəmiyə qədər artacaq”, o vurğulayıb.

Prezident İlham Əliyev, həmçinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın yeni sahəsinin fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş “Rəqəmsal İpək Yolu” layihəsinin olduğunu söyləyib.

Şahin Hacıyev
Şahin Hacıyev

Turan Agentliyinin siyasi redaksiyasının redaktoru Şahin Hacıyev Amerikanın Səsinə bildirib ki, Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının Sammitində Azərbaycan Prezidentinin iştitrakı regionda yaranmış yeni geosiyasi vəziyyətlə bağlıdır.

Şahin Hacıyev: Türk dövlətləri yeni qüvvəyə, yeni geosiyasi faktora çevrilib
please wait

No media source currently available

0:00 0:01:45 0:00

“Yəni, bu türk dövlətlərinin yeni qüvvəyə, yeni geosiyasi faktora çevrilməsi ilə bağlıdır. Bu dövlətlər son bir neçə ildə həm siyasi, həm iqtisadi, hətta hərbi əməkdaşlığı gücləndirirlər, ümumi maraqlardan çıxış edirlər, ümumi çağırışlara qarşı birgə hərəkət etməyə, bir-birini müdafiə etməyə razılıq veriblər. Bunun fonunda iqtisadi əməkdaşlığın güclənməsi, bir-birinə investisiyaların artırılması və bu prosesə mane olacaq real bir faktorun olmaması onu göstərir ki, türk dövlətləri yaxın illərdə güclənəcək və indi Düşənbədə keçirilən görüş həmin prosesin bir mərhələsidir”.

Təhlilçihesab edir ki, Orta Dəhliz layihəsi bu faktoru gücləndirən transmilli layihələrdən biridir.

“Bu layihə ilk növbədə neftin və qazın Avropa dövlətlərinə nəqli, ondan əlavə Çindən və gələcəkdə Hindistandan gələn malların türk dövlətlərinin ərazisi vasitəsi ilə nəqli diqqət mərkəzindədir. Bu mlların inidyənədək nəqli Rusiya ərazisi və yaxud dəniz yolları ilə vasitəsi ilə edilirdi. Orta Dəhliz layihəsinin reallaşdırlması malların Asiyadan Avropaya daşınmasında türk dövlətilərinin ərazisi əsas nəqliyyat marşrutuna çevriləcək”, Hacıyev qeyd edib.

Forum

XS
SM
MD
LG