Accessibility links

Ərdəbildə iki nəfər təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib


İranda həbslər
İranda həbslər

İran mediası Ərdəbildə iki nəfərin “milli təhlükəsizliyə qarşı hərəkət etmək” ittihamı ilə həbs edildiyini bildirib.

Tasnim xəbər agentliyi Ərdəbil prokuroru Cəlal Afaqiyə istinadən bildirib ki, həbs olunan iki vətəndaşın “terror qruplaşması” ilə əlaqəsi olub.

Məhkəmə rəsmisi terrorist adlandırdığı həmin qruplaşmanın adı haqda məlumat verməyib.

Ərdəbil prokurorunun sözlərinə görə, bu iki nəfər Ərdəbil vilayətinin Kəşfiyyat İdarəsinin agentləri tərəfindən və məhkəmənin göstərişi ilə həbs edilib.

İran mediası Gilan, Fars, Kürdüstan və İsfahan da daxil olmaqla müxtəlif vilayətlərdə onlarla vətəndaşın "terror" və “milli təhlükəsizliyə qarşı hərəkət etmək” ittihamlarıyla həbs edildiyini bildirib. Lakin həbs olunan vətəndaşların kimliyi və hansı terror qruplaşması ilə əlaqələndirildiyi barədə hər hansı bir məlumat verilməyib.

Sentyabrın 16-da ölkədə kütləvi etirazların başlanmasının ildönümündə ölkənin şəhərlərinin mərkəzlərinə çox sayda repressiv qüvvələr yerləşdirilib.

Məhsa Əmini keçən ilin sentyabrın 13-də qadınlara məcburi hicab qaydalarını tətbiq edən İrşad Patrulu qüvvələri tərəfindən saxlanılmışdı. Daha sonra həbsdə ikən səhhətinin pisləşməsinin ardından komaya düşərək, 2022-ci il sentyabrın 16-da xəstəxanada həyatını itirib. Həmin gündən ölkədə kütləvi etirazlar başlayaraq təxminən 3 ay müddətinə davam etdi.

Forum

XS
SM
MD
LG