Accessibility links

Azərbaycan və İran regional vəziyyəti müzakirə edib


Ceyhun Bayramov və Hüseyn Əmir Abdullahiyan
Ceyhun Bayramov və Hüseyn Əmir Abdullahiyan

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan sentyabrın 17-də telefon danışığı zamanı ikitərəfli və regional gündəlikdə duran məsələləri, eləcə də post-münaqişə dövründə cari regional vəziyyəti müzakirə edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatında deyilir ki, telefon danışığı zamanı, Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri arasında keçirilmiş son görüşlərdən irəli gələn məsələlər və atılacaq növbəti addımlar nəzərdən keçirilib.

“Bununla yanaşı, son həftələrdə iki ölkə arasında baş prokurorlar, eləcə də hərbi sahədə yüksək səviyyəli görüşlərin və qurumlararası təmasların Azərbaycan-İran münasibətlərinin inkişafı istiqamətinə verdiyi töhfə yüksək qiymətləndirilib”, məlumatda qeyd edilir.

Nazirlər eyni zamanda, iki ölkə arasında münasibətlərin tam normallaşması üçün atılması zəruri olan tədbirləri müzakirə edib.

“Nazir Ceyhun Bayramov Azərbaycan tərəfindən irəli sürülmüş sülh təkliflərinə, bölgədə münasibətlərin normallaşmasına xidmət edən təşəbbüslərə baxmayaraq, Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam etdirdiyi hərbi-siyasi təxribatların bu səylərə zərbə vurduğunu diqqətə çatdırıb” - Azərbaycan Xarici İşlər Nazirliyi bildirir.

Xatırladaq ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bundan öncə, sentyabrın 14-də Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyanla telefonla danışıb.

Nazirlər Cənubi Qafqaz regionundakı mövcud hadisələri və ikitərəfli əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi yollarını müzakirə edibl.

İRNA agentliyinın məlumatına görə, xarici İşlər naziri ekosistemin sağlamlığını qorumaq üçün Araz çayının çirklənməsinin qarşısının alınmasına dair yol xəritəsinin həyata keçirilməsinin həyati əhəmiyyət kəsb etdiyini bildirib.

“Əmir Abdullahiyan Ermənistan və ABŞ arasında keçirilən hərbi təlimə toxunaraq, bölgədə hər hansı xarici qüvvələrin mövcudluğunu regionda vəziyyəti mürəkkəbləşdirən amil kimi qiymətləndirib. O, regionda davamlı sülhə nail olmaq üçün mübahisələrin kökündən həllinin zəruriliyinə işarə edərək, regional dialoqlar və mexanizmlər, o cümlədən 3+3 formatı vasitəsilə hərtərəfli sülhə nail olmağı ən səmərəli yol hesab edib”, məlumatda qeyd edilir.

İki ölkənin ekoloji əməkdaşları arasında aparılan danışıqlara toxunan Ararat Mirzoyan Araz çayının ekoloji sağlamlığının vacibliyini vurğulayaraq, digər tərəfdən "erməni torpaqlarının qətiyyən anti-İran fəaliyyət məkanı olmayacağını" diqqətə çatdırıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG