Accessibility links

Mina partlaması nəticəsində altı nəfər həlak olub


Mina partlaması nəticəsində Azəravtoyolun əməkdaşları həlak olub (Mənbə: Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin X səhifəsi)
Mina partlaması nəticəsində Azəravtoyolun əməkdaşları həlak olub (Mənbə: Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin X səhifəsi)

Sentyabrın 19-da Əhmədbəyli-Füzuli-Şuşa yolunda tank əleyhinə minaların partlaması nəticəsində 6 nəfər, iki mülki şəxs, 4 polis əməkdaşı həlak olub.

Azərbaycan Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətlərinin birgə məlumatında deyilir ki, sentyabrın 19-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən “qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minanın partlaması, törədilmiş terror aktı nəticəsində” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları olan mülki şəxslər Fərhad Quliyev və Samir Sadıxov həyatını itirib.

“Daxili İşlər Nazirliyinin əməkdaşları Asim Camalzadə, Rami Şirinov, Seymur Mahmudov və Xəzər Zamanov isə həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən hissəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşüb və terror aktı nəticəsində həlak olublar”, məlumatda qeyd edilir.

Faktlarla bağlı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq, milli ədavət və düşmənçilik niyyəti ilə iki və ya daha çox şəxsi öldürmə və digər maddələri ilə cinayət işi başlanılıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, 2020-ci ili noyabrın 10-dan indiyədək 314 Azərbaycan vətəndaşı minaların və digər partlayıcı qalıqların qurbanı olub. Onlardan 61 nəfəri ölüb, 253 nəfəri yaralanıb.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG