Accessibility links

Robert Sekuta: İndi sülh yaratmaq və irəliyə doğru daha yaxşı yol tapmaq vaxtıdır


Robert Sekuta: İndi sülh yaratmaq və irəliyə doğru daha yaxşı yol tapmaq vaxtıdır
please wait

No media source currently available

0:00 0:07:25 0:00

Robert Sekuta: İndi sülh yaratmaq və irəliyə doğru daha yaxşı yol tapmaq vaxtıdır

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta Amerikanın Səsinə müsahibədə Qarabağda hərbi əməliyyatların dayandırılması barədə razılıq, Vaşinqtonun Ermənistanla Azərbaycan arasında sülhün təmin edilməsi yolunda gələcək rolu və beynəlxalq ictimaiyyətin bu yöndə görə biləcəyi işlər haqda danışıb.

Amerikanın Səsi: Cənab Sekuta, atəşkəsə münasibətiniz necədir?

Robert Sekuta: Hər şeydən öncə etiraf etməliyəm ki, mən hadisələri mətbuatdan izləyirəm. Yəni məndə olan məlumat istədiyim qədər təfərrüatlı deyil.

Mən iki şeyi deyərdim. Birincisi, bu xəbər düzdürsə və mən ümid edirəm ki, düzdür, bu, müsbət bir əlamət olacaq. İkincisi, mən düşünürəm ki, biz məsələlərə daha geniş bucaqdan baxmalıyıq. Dünən Birləşmiş Millətlər Təşkilatında Prezident Bayden qəti şəkildə münaqişələri geridə qoymağın vacibliyindən, sülh quruculuğu istiqamətində çalışmağın zəruriliyindən danışdı. O, özünün bu yaxınlarda Vyetnama getmək təcrübəsindən danışdı. Və mən xatırlayıram. O çox çox dəhşətli bir müharibə idi. Siyasəti bir kənara qoyaq, hər iki tərəfdə minlərlə insan öldü.

Məncə bizim indi Qarabağ məsələsində də bunu görməyə ehtiyacımız var. İndi dövlətçilik vaxtıdır. İndi hər dəqiqə, hər hadisənin təfərrüatları ilə bağlı bəyanatlardan uzaqlaşmağın və iki ölkə arasında sülh yaratmaq və irəliyə doğru daha yaxşı yol tapmaq ideyasını yenidən nəzərdən keçirmək vaxtıdır. Prezident, şübhəsiz ki, Rusiya və Ukrayna kontekstində də, ancaq daha geniş anlamda da bu barədə danışdı. Və zənnimcə bizim indi diqqət yetirməli olduğunu məsələ də məhz budur. Bəli, yaxşıdır ki, atəşkəs var, amma biz bu insidentin səbəblərini araşdırmalı və onları həll edib, sülh qurmalıyıq.

Amerikanın Səsi: Bundan sonrakı hadisələrin gedişatını necə proqnozlaşdırırsınız?

Robert Sekuta: Məncə mətbuatda gördüyüm şeylərdən biri odur ki, dövlət katibi Blinken də, Dövlət Departamenti də irəliyə doğru yol tapmağa çalışır. Dövlət katibi daha öncə də bununla məşğul olub. Mənim vaxtımda o zaman vitse-prezident olan Bayden də məsələ ilə maraqlanıb və Azərbaycanla Ermənistan arasında dialoq və sülh yaratmağa çalışırdı. Mən özüm də bu səylərin bəzilərində iştirak etmişəm. Bu səylər iki qat artırılmalıdır. Məncə həmçinin Aİ də konstruktiv rol oynayır. Rusiya da bu məsələ ilə məşğul olub. Ancaq məncə iki tərəf, azərbaycanlılar və ermənilər artıq irəli doğru getməyin vaxtı olduğuna qərar verməlidir. Artıq 30 ildən çoxdur münaqişə davam edir. Bütün bir nəsil, bir nəsil yarım bu münaqişədə böyüyüb. İndi artıq irəliyə yol tampaq vaxtıdır. Şübhəsiz ki, bu asan olmayacaq, amma məncə Birləşmiş Ştatlar burada rol oynaya bilər. Mən ötən gün öz tələbələrimlə də Prezidentin Vyetnamdakı çıxışı ilə bağlı danışarkən bunu söylədim. Onlar mənə, bunun münaqişə, münaqişə tarixi, həmin münaqişənin amansız olması səbəbilə çətin olduğunu dedilər. Mən də keçmiş Fransa səfirinin Dövlət Departamentinin yüksək vəzifəli rəsmisinə dediyi bir cümləni qeyd etdim. O demişdi ki, “siz bilirsiniz ki, bütün əsas müttəfiqlərininz arasında, müharibəyə getmədiyiniz yeganə ölkə Fransadır?” Düşünün: Almaniya, Yaponiya, ingiltərə, İspaniya, İtaliya... siyahı uzundur. Bizim hamımızın münaqişə keçmişi var, amma biz onun öhdəsindən gəlmişik. ABŞ keçmişdə bunda rol oynayıb və məncə bu gwn də rol oynaya bilər. Mən ABŞ-ın bunu etməsini istəyərdim. Məncə burada bunu etməyə istək var, amma tərəflərin özündə də buna istək olmalıdır.

Amerikanın Səsi: Qarşıdan gələn həftələrdə və aylarda Vaşinqtonun rolunu necə görürsünüz?

Robert Sekuta: Mənim artıq həmin danışıqlara çıxışım yoxdur, ancaq məncə burada mühüm olsan məsələ odur ki, bunu etməyə istək var. Yəni mən prosesin detalları, necə irəliədiyinin təfərrüatlarını bilmirəm, amma məncə burada vacib alan bu deyil. Vacib olan odur ki, proses irəliləyir və Birləşmiş Ştatlar hərəkət edir. Və ABŞ hərəkət etmək üçün irəliləyiş potensialının olduğunu görməlidir. Bu da bizi yenidən tərəflərin özlərinin istəyi, dövlətçiliyə və keçmiş bəyanatlardan və ritorikadan uzaqlaşmağa olan ehtiyaca və diqqətimizi “illər boyu minlərlə insan itirmişik, yüz minlərlə insan didərgin düşüb. Gəlin artıq irəli doğru yol tapaq” deməyə yönəltmək məsələsinə gətirib çıxarır.

Amerikanın Səsi: Sizcə, beynəlxalq ictimaiyyət regionda davamlı sülhə nail olmağı təşviq etmək üçün nə edə bilər?

Robert Sekuta: Məncə bu vacib bir amildir. Fikrimcə, vahid bir mövqe olmalıdır. Hazırda bu bir az çətin olacaq. Minsk qrupu, yaxşı ya da pis, artıq yoxdur, keçmişdə, kənarda qalıb. Doğru kəlimə nədir bilmirəm, amma ABŞ, Rusiya və Fransa bu məsələdə bir araya gəlməyəcək. Amma onların hər biri rol oyanaya bilər. Onlar individual olaraq rol oynaya bilər. ABŞ və Aİ, Prezident Mişel, məncə, bu prosesi irəlilətməyə çalışırlar.

Məncə həm də Aİ üzvləri hər iki ölkə ilə danışıb bu məsələdə irəliləyişə çağırış etməlidirlər. Düşünürəm ki, həmçinin Türkiyənin də konstruktiv rol oynaması mühümdür. Və açığı mətbuatdan gördüklərimə əsasən, məncə Prezident Ərdoğan bu məsələ ilə məşğul olmaq istəyir. Biz Türkiyə rəsmiləri ilə danışıqlarımızdan bilirik ki, onlar Ermənistla daha yaxşı münasibət qurmaq fikrinə açıqdırlar. Bu çox vacibdir. Ona görə də, məncə Türkiyə vacib rol oynayır. Məncə hər iki ölkə ilə danışıqlar daha təfərrüatlı olmalıdr. Belə ki, onlara “sizin şikayətlənizi dinləyirk, amma eyni zamanda irəliyə yol axtarırıq” deməliyik.

Yəni, məncə Avropa ölkələri rol oynaya bilər. Beynəlxalq təşkilatla rol oynaya bilər. BMT rol oynaya bilər. Amma biz bir birimizə mane olmadığımızdan əmin olmalıyıq. Ancaq biz forum keçirmək rolunu üstlənməməliyik. Bu heç kimə kömək etmir. Hökumətlər Yeravan və Bakı ilə irəli doğru yol tapmaq üçün danışıqlar aparmalıdır.

Xüsusilə də status-kvonun davam etməsində xüsusi maraqı olmayan, regionda sülhü görməkdə maraqlı olan ölkələr. Mən səfir ikən deyirdim ki, biz münaqişə var ikən bütöv, azad, dinc Avropadan bəhs edə bilmərik. Bu bizim bir kənara ata biləcəyimiz bir məsələ deyil. İndi isə Ukrayna məsələsi var. Və Prezident Bayden dünən qeyd etdi ki, bu qlobal bir təhlükədir. Bu münaqişə onun qədər tanınmır, amma yenə də dəhşətlidir, insanların həyatı bahasına başa gəlir, gələcəkdə irəliləyişə xələl gətirir. Bunu həll etmək lazımdır, amma təkcə kənardakılar edə bilməz. Bu artıq işləmir. Biz vasitəçilik edə bilərik.

Sizin sualınıza geri gəldikdə, təsir gücünə malik hökumətlər hər iki ölkə ilə işləyib “Sizin narahtlıqlarınız budur, biz sizi eşidirik, amma onları necə həll etməliyik, İrəliyə necə gedə bilərik” deyərək, diqqəti indiyə və ya keçmişdə olanlara deyil, irəliyə doğru getməyə yönəltməlidirlər.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG