Accessibility links

Rusiyada yumurta qıtlığı, Azərbaycan Rusiyaya bir milyona yaxın yumurta ixrac edib


Egg Prices
Egg Prices

Son günlər Azərbaycan Rusiyaya 918 min yumurta ixrac edib.

Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Xidmətinin məlumatına görə, dekabrın 21-də Azərbaycandan Rusiyaya 306 min ədəd yumurtanın ikinci partiyası idxal edilib.

Bundan öncə, dekabrın 19-da Azərbaycandan Rusiyaya 612 min ədəd yumurta idxal edilib.

Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Xidməti bildirir ki, Azərbaycandan yeməli yumurta tədarükü üçün Rusiya bazarının açılması barədə qərar bu ilin noyabrında Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Xidmətinin rəhbəri Sergey Dankvertin Azərbaycana səfəri çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə danışıqların nəticəsində qəbul edilib.

Rusiyanın RBK internet resursu Rusiyanın rəsmi statistikasına əsasən bildirir ki, ölkənin bütün bölgələrində yumurta bahalaşır, həmçinin qiymələrin artım sürəti bölgədən bölgəyə on dəfə fərqlənir.

“2023-cü ilin 11 ayının nəticələrinə əsasən (regional əsasda Rosstatın ən aktual məlumatları) ilin əvvəlindən toyuq yumurtasının qiymətinin artmasına görə lider Krım olub – burada yumurtanın qiymətləri Rusiyadakı orta göstərici olan 36,5 faiz ilə müqayisədə 68,1 faiz artıb. Ümumiyyətlə 64 region üzrə yumurtanın qiyməti ölkə üzrə orta qiymətdən yuxarı qalxıb. Yumurta qiymətlərinin ən çox bahalaşdığı ilk onluğa Penza vilayəti (+60,9 faiz, Pskov vilayəti (+58,6 faiz), Kuzbass (+57,5 faiz), Kabardin-Balkariya (+56,5 faiz), Sevastopol (+56,5 faiz) daxildir. Ümumilikdə, Rosstatın məlumatına görə, 21 regionda yumurtanın qiymətində ən azı 1,5 dəfə artım qeydə alınıb”, məlumatda qeyd edilir.

Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina RBK televiziyasına müsahibəsində beynəlxalq sanskiyaların təsirlərindən danışarkən, "inflyasiya gözləntiləri də daxil olmaqla, hər şey yavaşımağa başladı və sonra yumurtalara da təsir etdi?" sualının cavabında deyib: “Bu parametrlərdən biridir. Qiymət artım tempi yüksək olanda, daim nəyə isə təsir edir. 2021-ci ili xatırlayıram - əvvəlcə bir növ mal növü (qiymət kəskin artdı - RBK), sonra başqası. Və yüksək inflyasiyanı hansısa əmtəə növü ilə əlaqələndirmək istəyi var. Ancaq təəssüf ki, ortaq səbəblər də var. Əvvəla, bizdə bu, tələbin yüksək artımının təklif imkanlarını üstələməsidir”, o cavabında bildirib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG