Accessibility links

III Respublika Platforması: Araz Əliyevin məruz qaldığı hüquq pozuntuları qəbuledilməzdir


III Respublika Platforması
III Respublika Platforması

"III Respublika Platforması olaraq bildiririk ki, Qurucu Heyət üzvümüz Araz Əliyevin məruz qaldığı hüquq pozuntuları qəbuledilməzdir." Bu bəyanat Platformanın mövqeyini əks etdirən məlumatda yer alır.

Məlumatda qeyd edilir ki, Araz Əliyevin məruz qaldığı hüquq pozuntuları siyasi motivli repressiya kampaniyasının tərkib hissəsidir, III Respublika Platformasının fəaliyyəti ilə əlaqədardır.

Platforma bildirir ki, hazırda onun pis rəftara məruz qalmamaq, azadlıq və təhlükəsizlik, ədalət mühakiməsi, xəbərləşmə haqları daxil olmaqla bir sıra haqları qeyri-legitim və siyasi motivli olaraq pozulub.

“III Respublika Platforması olaraq qeyd edirik ki, bu cür repressiv tədbirlər siyasi iştirakçılığın qarşısını almağa və ölkədə mövcud olan ictimai xofu artırmağa xidmət edir. Lakin bu cür repressiv tədbirlər bizim III Respublika Platforması olaraq fəaliyyət planımızı və bu çərçivədə müəyyənləşdirdiyimiz gündəliyimizi dəyişdirməyəcək”, məlumatda deyilir.

Bundan əlavə platforma bildirir ki, Araz Əliyevin barəsində tətbiq edilən 25 günlük inzibati həbs tənbeh tədbiri ilə əlaqədar Nizami Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti və onun tutulduğu zaman məruz qaldığı hüquq pozuntuları ilə əlaqədar şikayətlər hazırlanır.

Dekabrın 24-də məhkəmə Araz Əliyevi İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisə tabe olmamaq) maddələrilə günahkar bilərək, onun barəsində 25 sutka həbs qərarı verib.

Araz Əliyevin həyat yoldaşı Gülarə İsmayılova bildirib ki, ona da təzyiq göstərilib.

O, dekabrın 24-də Daxili İşlər Nazirliyinin binası qarşısında təkbaşına etiraz aksiyası keçirərkən saxlanılıb.

Gülarə İsmayılova dekabrın 23-də yoxa çıxan həyat yoldaşının taleyinin aydınlaşdırılmasını tələb edib.

Onu Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparıblar. İsmayılovanın sözlərinə görə, zabitlərdən biri onu gender-fəal kimi tanıyıb və etiraz aksiyalarında görərsə, həbslə hədələyib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Araz Əliyevin həbsini təsdiq etsə də onun və həyat yoldaşının fiziki təzyiqə məruz qalmasını təsdiq etməyib.

III Respublika Platformasının spikeri Akif Qurbanov Amerikanın Səsinə bildirib ki, Əliyevin saxlanılması III Respublika Platformasının fəaliyyətilə bağlıdır.

7 dekabr 2023-cü ildə Azərbaycanda parlamentarizmin təsis olunmasının 105-ci ildönümündə bir qrup ictimai-siyasi şəxs tərəfindən III Respublika Platforması adlı siyasi təşkilat yaradılıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG