Accessibility links

Azərbaycanda prezidentlik uğrunda 7 namizəd mübarizə aparacaq


Mərkəzi Seçki Komissiyası
Mərkəzi Seçki Komissiyası

Yanvarın 9-da Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) tərəfindən irəli sürülən Qüdrət Həsənquliyevin, prezidentliyə namizədliyi Böyük Quruluş Partiyası (BQP) tərəfindən irəli sürülən Fazil Mustafanın, prezidentliyə namizədliyi Böyük Azərbaycan Partiyası (BAP) tərəfindən irəli sürülən Elşad Musayevin və prezidentliyə namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Fuad Əliyevin prezidentliyə namizədliyini qeydə alıb.

Bu barədə qərar MSK-nin bu gün keçirilən iclasında qəbul olunub.

Bundan öncə, Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) 2023-cü il dekabrın 30-da hazırkı prezident İlham Əliyevin, yanvarın 6-da isə Milli Məclisin deputatları Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyini qeydə alıb.

Beləliklə Azərbaycanda fevralın 7-də keçiriləcək president seçkilərində prezidentlik uğrunda 7 namizəd mübarizə aparacaq.

Xatırladaq ki, 17 nəfərin prezidentliyə namizədliyi irəli sürülmüşdü. Onlardan yalnız 7 nəfərinin 40 min seçici imzası toplayaraq Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi bildirilib.

Bir sıra namizədliyə iddialı şəxslər 40 min imza toplamaq üçün verilmiş vaxtın azlıq təşkil etsdiyini, iqtidar tərəfindən namizəd olması arzulanmayan şəxslərin imza toplamaq üçün təhsil və dövlət müəssislərinə buraxılmadığını, təzyiqlərlə üzləşdiklərini bildirib.

Azərbaycanın müxalifət partiyaları Müsavat və Klassik Xalq Cəbhəsi Partiyası seçkilərdə iştirak etmir, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə seçkiləri boykot edir.

Forum

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Əvəz Zeynallıya 9 il həbs cəzası verildi
please wait

No media source currently available

0:00 0:13:34 0:00
XS
SM
MD
LG