Yəməndə İranın dəstəklədiyi Husilərin Qırmızı dənizdə davam edən hücumları Asiya ilə Avropa arasında ticarətin yavaşmasına və beynəlxalq gəmiçiliyə təhdidlərlə bağlı narahatlıqların artmasına səbəb olub. Ticarət gəmilərinə davamlı hücumlar yükdaşımaların həcminə və qlobal ticarətin səviyyəsinə təsir göstərir. Ekspertlər Yaxın Şərqdə gərginliklərin davam etdiyi vaxt alternativ ticarət marşrutları və ticarət şəbəkələrinin mümkünlyünü nəzərdən keçirir. Qırmızı dənizdə beynəlxalq gəmiçilik üçün potensial təhlükələrlə bağlı narahatlıqlar fonunda ekspertlər alternativ ticarət yolları və ticarət şəbəkələrinin yaradılması imkanlarını nəzərdən keçirir. Belə alternativlərdən biri də türkiyə, qafqaz və mərkəzi asiya ölkələrindən keçməklə qərbi və şərqi avropanı asiyaya birləşdirən ticarət yolu olan “orta dəhliz”dir . Bəzi müşahidəçilərin fikrincə, xüsusilə yaxın şərqdə mövcud gərginliyi nəzərə alsaq, orta dəhlizin perspektivləri ümidverici görünür. Bununla belə, ekspertlər layihənin nə dərəcədə real olduğu ilə bağlı hələ ki dəqiq proqnozlar verməyin çətin olduğunu bildirir. Enerji təhlükəsizliyi məsələləri üzrə ekspert Ümid Şükri Amerikanın Səsinə müsahibədə Husilərin Qırmızı dənizdə hücumları fonunda yeni nəqliyyat şəbəkələri və alternativ ticarət marşrutlarının perspektivlərini şərh edib.
Ümid Şükri: Husilərin Qırmızı dənizdə gəmilərə hücumları enerji təhlükəsizliyinə ciddi risklər yaradır
Episodes
-
Dekabr 05, 2024
Ispartalı əkinçilər: "Qazanc əldə edə bilmirik"
-
Dekabr 04, 2024
Media eksperti Ələsgər Məmmədli həbsdə qalıb