Accessibility links

Həbsdə olan jurnalistin effektiv tibbi yardıma ehtiyacı olduğu bildirilir


Polad Aslanov
Polad Aslanov

Хeberman.com saytının təsisçisi, həbsdə olan Polad Aslanov effektiv tibbi yardımın olmamasından şikayət edib. Jurnalistləri Müdafiə Komitəsinin (Nyu-Yorkda yerləşir) sorğusundan sonra bu həftə Azərbaycan Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin nümayəndəsi Aslanova baş çəkib.

Jurnalistin həyat yoldaşı Gülmirə Aslanova bildirib ki, beş il həbs müddətində Polad Aslanov yalnız bir dəfə kompleks tibbi müayinədən keçib.

Tibb İdarəsinin nümayəndəsi jurnalistə təklif edib ki, özəl klinikada tibbi müayinədən kesçin və həmin klinika ilə onun ailəsi razılaşmalıdır.

"Tibb İdarəsinin əməkdaşı dedi ki, onlar özəl klinikada Polada müayinə üçün şərait yarada bilərlər, ancaq bir şərtlə ki, həmin müddətdə klinika başqaları üçün tamamilə bağlı olacaq.

Ancaq bu, real deyil, çünki heç bir klinika buna razı olmaz. Bundan əlavə, bu cür maddi itkini klinikaya kompensasiya etmək üçün Poladın ailəsinin pulu yoxdur", - o deyib.

Aslanovanın sözlərinə görə, Poladın sinir sistemilə bağlı problemləri var və Tibb İdarəsinin nümayəndəsi onu nevropatoloqa göndərəcəyinə söz verib.

"Polad dedi ki, kompleks tibbi müayinəyə, ultrasəs, qan analizinə ehtiyacı var. Bəyəm Penitensiar Xidmətin tibb müəssisəsində bu yoxdur?", Aslanova sözlərinə davam edib.

O qeyd edib ki, Polad ona effektiv tibbi yardımın göstərilməsini tələb etməyə davam edir və Ədliyyə Nazirliyinin Tibb İdarəsinin rəhbərliyindən şikayət edir.

Polad Aslanov 12 iyun 2019-cu ildə həbs edilib, Cinayət Məcəlləsinin 274-cü maddəsilə (dövlətə xəyanət) əsasən İrana casusluq etməkdə ittiham olunub və 16 il azadlıqdan məhrum edilib.

Aslanov bütün ittihamları rədd edərək bildirib ki, xüsusi xidmət orqanları əməkdaşlarının korrupsiya faktlarını ifşa etdiyinə görə təqib olunur.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb. Beynəlxalq təşkilatlar onun həbsini pisləyərək Polad Aslanovu azad etməyə çağırıblar. Sonradan Ali Məhkəmə onun həbs cəzasını 13 ilə endirib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Əvəz Zeynallıya 9 il həbs cəzası verildi
please wait

No media source currently available

0:00 0:13:34 0:00
XS
SM
MD
LG