Accessibility links

Azərbaycan və Ermənistan arasında anklav və eksklav məsələləri gündəmdədir


Ermənistan və Azərbaycan sərhədi
Ermənistan və Azərbaycan sərhədi

Dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycanda və Ermənistanda yaradılmış komissiyaların artıq 7 görüşü keçirilib.

Azərbaycan ilk olaraq 4 kəndinin qaytarılmasını tələb edir. Ermənistan isə 31 kəndə nəzarətin aradan qaldırılmasını istədiyini bildirir.

Azərbaycan Baş nazirinin müavini, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayevin xidmətinin martın 9-da yaydığı məlumatda deyilir ki, son vaxtlar Ermənistan mediasında guya Ermənistanın 31 kəndinə məxsus torpaqların Azərbaycanın "işğalı altında" olması barədə hökumət mənbələrindən qaynaqlanan yanlış informasiya fəal şəkildə yayılır.

"Həmçinin qeyd olunur ki, bunu etiraf etməyən Azərbaycan Respublikası özünün işğal altındakı 4 kəndinin azad olunmasını tələb edir. Azərbaycan tərəfi bununla bağlı qeyd etməyi vacib bilir ki, dövlət sərhədinin delimitasiyasının aparılmasına qədər Ermənistanın 31 kəndinə məxsus torpaqların işğal edildiyini bəyan etmək tamamilə əsassızdır. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndinə (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) gəldikdə, onlar mübahisəsiz Azərbaycana məxsusdur və dərhal azad edilməlidir. Delimitasiya prosesi çərçivəsində Azərbaycanın Ermənistanın işğalı altında olan 4 eksklav kəndinin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) azad edilməsi məsələsi də həll olunacaq”, məlumatda qeyd edilir.

Azərbaycan Baş nazirinin müavinin xudmətinin yaydığı məlumat martın 7-də Azərbaycan və Ermənistan arasındakı sərhəddə Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi altında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın yeddinci görüşündən sonraya təsadüf edir.

Ermənistan Baş nazirinin müavini Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın sədri Mher Qriqoryanın ofisi martın 6-da “Azadlıq” radiosunun erməni xidmətinin sorğusuna cavabda bildirib ki, Azərbaycanın 4 kəndi tələb etməsi əslində, Ermənistanın 31 qeyri-anklav yaşayış məntəqəsinin ərazisinin "işğal"ını tanımaqdan imtina etdiyini və Bakının öz qoşunlarını Ermənistan ərazisindən çıxartmaq niyyətində olmadığını təsdiq edir.

"Azərbaycan Ermənistanın 31 qeyri-anklav yaşayış məntəqəsinin həyati əhəmiyyət kəsb edən ərazilərinin Azərbaycanın işğalı altında olduğunu etiraf etməkdən imtina edərək Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızıl Hacılı toponimlərini irəli sürür", Baş nazirin müavinin ofisindən bildiriblər.

Prezident İlham Əliyev bu il yanvarın 10-da yerli telekanallara müsahibəsində bildirib ki, Azərbaycanın "işğal altında qalan səkkiz kəndinin məsələsi" daim gündəlikdədir.

"Orada anklav və qeyri-anklav kəndlər var. O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır. O kəndlər ki, anklav kəndlərdir, - çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, - həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və o, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalıdır və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir", Əliyev bildirib.

"Nə 2021-ci ilin may ayındakı mövqelərdən, nə də 2022-ci ilin sentyabr ayındakı mövqelərdən biz bir addım geri gedən deyilik", Əliyev qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri Ermənistanda heç bir yaşayış məntəqəsini işğal etməyib.

"Bizim durduğumuz mövqelərdə, təpələrdə heç vaxt yaşayış olmayıb. Ermənistan isə bu gün bizim kəndlərimizi işğal etməkdə davam edir və bu, dözülməzdir", Əliyev qeyd edib.

Bundan sonra Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycan 4 kəndin, Ermənistan isə Azərbaycanın nəzarətində olan 31 kəndin məsələsini qaldırır.

“Başkənd 30 ildir ki, Azərbaycanın işğalı altındadır. Biz deyirik ki, kənd öz doğma limanına qayıtsın? Bəli, deyirik. İki variant var. Bizim sərhəd xəttimiz var və bu sərhəd xəttindən kənarda yerləşən eksklav Ermənistan Respublikasının yurisdiksiyasına qayıtmalıdır. Lakin bunun üçün praktiki olaraq biz anlamalıyıq ki, bu eksklavın sərhədi harada məhdudlaşır, onun sərhədini dəqiqləşdirməliyik ki, prosesi təşkil edə bilək. Başkəndin sahəsi nə qədərdir? Yerdə heç bir xətt yoxdur – bu xətti çəkmək lazımdır. Biz xəritəni canlandırmalıyıq və yeni razılaşmalar əldə etməliyik”, Paşinyan bildirib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb
please wait

No media source currently available

0:00 0:11:15 0:00
XS
SM
MD
LG