Accessibility links

Qərbi Azərbaycan vilayətində bir neçə sosial media fəalı həbs edilib


Qərbi Azərbaycan vilayətinin ədliyyə rəisi Nasir Ətəbati bir neçə sosial media fəalının həbs edildiyini açıqlayıb.

Bu barədə rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.

Ətəbatinin sözlərinə görə, həbs edilən şəxslər sosial mediada “vilayətdə ictimai asayişi və təhlükəsizliyi pozur, təhqir edərək böhtan atırdılar”.

O, həbs olunanların sayı və kimliyi barədə məlumat verməyib. Lakin o, ədliyə, vilayətin kəşfiyyat idarəsi və digər idarələrlə birgə "texniki əməliyyat" adlandırdığı bir əməliyyatla bir sıra sosial media səhifələrin adminləri və kiberməkanda bir sıra fəalların həbs edildiyini açıqlayıb.

Ətəbati həmçinin bildirib ki, bu şəxslər etniklər və məzhəblər arası ixtilaf yaratmağa cəhd ediblər.

İRNA bu xəbərlə bağlı açıqlama verib ki, vilayətdə seçkilər zamanı İnstagram sosial media platformasında bəzi şəxslər qanunsuz əməllərlə məşğul olublar ki, həmin səhifələr müəyyən edilərək bağlanıb.

Bu şəxslərin sayı, şəxsiyyəti və harada saxlanıldığı barədə heç bir məlumat yayılmayıb.

Bundan əvvəl seçkilərdən ərəfəsində bu vilayətdə 50 sosial media admininin həbs edildiyi bildirilmişdi.

İranda dövlət qurumları, o cümlədən təhlükəsizlik qüvvələri və kiber polisi vətəndaşların sosial şəbəkələrdəki fəaliyyətlərini izləyir. Bir çox mədəni fəal İran Azərbaycanında şəxsi sosial media hesablarında tənqidi məzmunlar paylaşdığı üçün təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək müxtəlif ittihamlarla mühakimə edilirlər. Həmin fəallar həbs olunandan sonra sorğu-suala çəkildiyi zaman hesabları ələ keçirilir və kiber polisi tərəfindən bağlanır.

Forum

XS
SM
MD
LG