Accessibility links

Azərbaycanlı fəal Səid Minayi Evin məhkəməsinə çağırılıb


 Səid Minayi
Səid Minayi

Əslən İran Azərbaycanının Binab şəhərindən olan siyasi fəal Səid Minayi məhhkəmədən elektron bildiriş vasitəsilə məhkəməyə çağırılıb. Milli fəaldan 5 gün ərzində məhkəməyə gəlməsi istənilib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agebtliyi bu barədə məlumat yayıb.

Sosial mediada məhkəmə tərəfindən fəala göndərilən bildiriş vərəqəsinin surəti yayılıb. Həmin bildirişə görə, Səid Minayi Tehran Ümumi və İnqilab məhkəməsinin 33 saylı Şəhid Müqəddəs rayon prokurorluğunun 5 saylı şöbəsinə çağırılıb.

Fevralın ilk həftəsində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən və daha sonra müvəqqəti olara girov müqabilində sərbəst buraxılan fəalların bəzisi eyni məhkəmə şöbəsi tərəfindən çağırılıb.

Bundan əvvəl, azərbaycanlı siyasi fəallar Salar Tahir Əfşar, Vədud Əsədi və Aydın Məhəmmədinin eyni məhkəmə tərəfindən çağırılıdğına dair məlumat yayılıb.

Səid Minayi fevralın 6-da Rəşt şəhərindən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq, Tehranın Evin həbsxanasının 209-cu bölməsinə köçürülmüşdü. Təhlükəsizlik qüvvələrinin istintaq təcridxanası kimi tanınan bu həbsxana bölməsinə ən azı 15 mili fəal İran Azərbaycanı, Gilan, Tehran və Əlburz vilayətlərində tutularaq yerləşdirilmişdi.

Minayi martın 13-də bir ay 8 gün nəzarətdə saxlanıldıqdan sonra 700 milyon tümənlik mülki zəmanət qarşılığında məhkəmənin yekun qərarına qədər müvəqqəti azadlığa buraxıldı.

O, sosial şəbəkələrdə ictimai, siyasi və İran Azərbaycanının ekoloji problemləri, o cümlədən Urmiyə gölününün vəziyyəti ilə əlaqədar illərdir qeydlərini paylaşır.

Forum

XS
SM
MD
LG