Accessibility links

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü ailəsinə qarşı təzyiq olduğunu bildirir


Vidadi Mirkamal (Mənbə: Sosial şəbəkə)
Vidadi Mirkamal (Mənbə: Sosial şəbəkə)

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal özünə və ailəsinə qarşı təzyiqlərin olduğunu bildirir.

Vidadi Mirkamal: Mənim partiya üzvü olmağımı, oğlanlarımın harada işlədiyini soruşurlar
please wait

No media source currently available

0:00 0:01:10 0:00

O hesab edir ki, təzyiqlər Demokratik Qüvvələrin Milli Şurasının mayın 19-na təyin etdiyi mitinqlə bağlıdır. Belə ki, Vidadi Mirkamal Bakı şəhər İcra Hakimiyyətinə mitinqlə bağlı xəbərdarlıq məktubunu imzalayıb.

Vidadi Mirkamal Amerikanın Səsinə bildirib ki, mayın 4-də polis sahə müvəkkili onun qeydiyyatda olduğu ünvana gedərək özünün və övladlarının hansı siyasi partiyanın üzvü olmasını, harada işləməsini sorğu edib. Onun sözlərinə görə, polis hədə-qorxu gəlməyib.

"Mayın 4-də mənim qeydiyyatda olduğum ünvana sahə rəisi gəlib və məni soruşub, ona bildiriblər ki, mən bag evindəyəm. Polis sahə rəisi polisə dəxli olmayan suallar verməyə başlayıb. Vidadi müəllim hansı partıyanın üzvüdür? Oğlanları harada işləyir və digər suallar. Evdən deyiblər özü ilə danışın. Mən sahə rəisi ilə telefonla danışdım. Soruşdum ki, mənim partiya üzvü olmağım, oğlanlarımın harada işləməsi polisin nəyinə lazımdır? Portallar əlinizdədir, girin məlumatları oradan alın. Polis mayoru mənə dedi ki, onu rəhbərliyi göndərib. Mən bu mədəni polis mayoruna izah etməyə çalışdım ki, 25 il Bakı Dövlət Universitetinin hüquq fakültəsində mühazirə oxumuşam, Ədliyyə generalıyam və Vəkillər Kollegiyasının üzvüyəm. Amma sizin bu hərəkətiniz Konstitusiyaya və qanunlara ziddir. Gedin və sizə bu göstərişləri verən rəhbərlərinizə göstərişin qanunsuz olduğunu mənim adımdan izah edin. Yaxşı, dedi və telefon danışığımız bununla bitdi”, o qeyd edib.

Vidadi Mirkamalın sözlərinə görə, telefon danışığından sonra oğluna polisdən zəng edib onunla görüşmək istədiklərini və harada işlədiyini soruşublar.

“Oğlum da bu görüşün niyə və nəyə görə olduğunu soruşub. Polis isə bu göstərişin rəislərindən gəldiyini deyib. Oğlum da ona rəsmi çağırış göndərəcəkləri halda onlarla görüşə biləcəcəyini deyib. Məlumat üçün deyim ki, hər iki oğlum hüquqşünasdır və mənim siyasi baxışlarıma görə bütün qapılar onların üzünə bağlıdır”, o qeyd edib.

Bununla yanaşı, Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinin Vidadi Mirkamalın özünə və ailəsinə qarşı təzyiqlərlə bağlı yazdığı status barədə sorğusuna hələ cavab verməyib.

Xatırladaq ki, Milli Şuranın bu il aprelin 21-nə, mayın 5-nə təyin etdiyi mitinqə Bakı şəhər İcra Hakimiyyəti razılıq verməyib. Milli Şura yenidən mayın 19-na mitinq təyin edib.

Forum

XS
SM
MD
LG