Accessibility links

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı ilə bağlı üçtərəfli danışıqlar aparılıb


Şimal-Cənub dəhlizi (Xəritə Azərbaycan Dəmir yolu Səhmdar Cəmiyyətinin rəsmi saytından götürülüb)
Şimal-Cənub dəhlizi (Xəritə Azərbaycan Dəmir yolu Səhmdar Cəmiyyətinin rəsmi saytından götürülüb)

Rusiya, Azərbaycan və İrandan olan ekspertlər “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi boyunca avtomobil nəqliyyatının inkişafını müzakirə etmək üçün bir araya gələrək, logistikanın səmərəliliyinin artırılmasına və üç ölkə arasında əməkdaşlığa diqqət yetiriblər.

Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin iyunun 21-də yaydığı məlumata görə, görüşdə nəqliyyat qurumlarının, gömrük orqanlarının, xarici işlər nazirliklərinin və daşıyıcı assosiasiyaların nümayəndələri iştirak edib.

Əsas müzakirələr Azərbaycan-İran və Rusiya-Azərbaycan sərhədlərində avtomobil keçid məntəqələrinin əməliyyat imkanlarına həsr olunub. İran tərəfindəki Astara keçid məntəqəsi ilə onun Rusiya-Azərbaycan sərhədindəki analoqu arasında keçid qabiliyyətinin uyğunsuzluğundan narahatlıq ifadə olunub. İran 2026-cı ilə qədər Astaradan 170 kilometr aralıda yerləşən və gündə 200-ə qədər yük maşını qəbul etmək üçün nəzərdə tutulmuş Biləsuvarda yeni nəzarət-buraxılış məntəqəsini tam istifadəyə vermək planlarını açıqlayıb.

“Şimal-Cənub” dəhlizi boyunca keçid məntəqələrinin imkanlarının uyğunlaşdırılması, gömrük rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsi və vasitəçilərsiz tranzit üçün TIR Konvensiyasının tətbiqinin genişləndirilməsinə diqqət yetirəcək ekspertlərdən ibarət birgə işçi qrupunun yaradılması barədə razılıq əldə edilib. Səylər həmçinin bütün iştirakçı dövlətlərin daşıyıcıları üçün ədalətli şərtlərin təmin edilməsinə, səyahətlərin təşkili və beynəlxalq sərhədlərdən yanacaq tədarükü kimi məsələlərin həllinə yönəldiləcək.

Müzakirələr zamanı ikitərəfli əməkdaşlıq problemləri, xüsusilə də İran yanacaqdoldurma məntəqələrində Rusiya istehsalı olan yanacaq kartlarının qəbulu ilə bağlı məsələlər də nəzərdən keçirilib, İran isə bu məsələlərin ən qısa zamanda həll olunacağına əmin edib.

Görüşdə nəqliyyat infrastrukturunun optimallaşdırılmasına və “Şimal-Cənub” dəhlizi boyunca maneəsiz transsərhəd ticarətin asanlaşdırılmasına yönəlmiş davamlı regional əməkdaşlıq səyləri vurğulanıb ki, bu da regiona gələcək illərdə iqtisadi əlaqələri gücləndirməyə imkan verir.

Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək Şimal-Cənub nəqliyyat dəhlizi haqqında razılaşmanın birinci aktı 12 sentyabr 2000-ci ildə Sankt-Peterburqda Rusiya, İran və Hindistan arasında imzalanıb. Sonrakı illərdə razılaşmanı bütovlükdə 13 ölkə imzalayıb və müvafiq olaraq ratifikasiya edib. Bunlar Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə və Ukraynadır. Azərbaycan Şimal-Cənu" layihəsinə 2005-ci ildə qatılıb.

Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Hazırkı marşrut (Suveyş kanalı) üzrə çatdırılma vaxtı 45-60 gündür, Şimal-Cənub dəhlizi vasitəsilə 14-20 gün olması gözlənilir.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG