Accessibility links

Azərbaycanlı siyasi məhbus Armita Pavir İranın gələcək prezidentinə müraciət ünvanlayıb


Armita Pavir, siyasi məhbus (mənbə: Azərbaycan İnsan Haqları Cəmiyyətinin (Ərk) Telegram kanalı)
Armita Pavir, siyasi məhbus (mənbə: Azərbaycan İnsan Haqları Cəmiyyətinin (Ərk) Telegram kanalı)

Təbriz Mərkəzi Həbsxanasında saxlanılan siyasi məhbus Armita Pavir audio-müraciət göndərərək, İranın gələcək prezidentinə müraciət edib və ölkədə ədalətin vəziyyətini tənqid edib.

Sosial mediada yayımlanan audio-müraciətə görə, Armita Pavir İranın gələcək prezidentini xarici görünüş və təxəyyül baxımından xalq tərəfindən seçilən bir şəxs olduğunu, lakin onun rejimin yüksək vəzifəli şəxsləri tərəfindən müəyyən edildiyini bildirib.

Pavir İranda prezidentlərin dörd ildə bir dəfə xalqa zorla qəbul etdirildiyini bildirərək, gələcək prezidentə ölkədə insan haqlarının vəziyyətini tənqidi müraciət səsləndirib və ölkənin gələcək prezidentindən həbsxanalara baş çəkməsini və ölkədə insan haqlarının vəziyyətini yaxından müşahidə etməsini tələb edib.

İkiillik cəzasını Təbriz həbsxanasında çəkən Pavir bu həbsxananı “dünyanın sonu” adlandırıb və gələcək prezidentdən bu həbsxanaya gəlib ədalətsizlikləri görməsini istəyib.

"Siz ən yaxşı halda nöqsanlarla və çatışmazlıqlarla dolu qanun kitabının icraçısısınız, bu nöqsanları heç vaxt aradan qaldıra bilməyə gücünüz yoxdur"- deyə, Pavir bildirib.

"Hal-hazırda həbsxanalarda olan qadınlar və yeniyetmə qızlar sizin kimi insanların biganəliyinin cəzasını çəkirlər. Çünki onlar ya yoxsulluq və səfalətdən oğurluğa məcbur olublar, ya da sadəlövhlüklə qanunu və hakimi arxalarına almış sələmçilərin tələsinə düşüblər" - deyə, siyasi məhbus bəyan edib.

Azərbaycanın siyasi məhbusu həbsdə olan qadınların haqsızlıq ucbatından həbsə atılması ilə bağlı həbsxanada müşahidə etdiyi bir neçə nümunəni dilə gətirib və bildirib ki, “Mən tam əminliklə deyirəm ki, bu insanların öz ölkəsinin və şəhərinin sərvətlərindən payını onlara versəydiniz, bir faiz də olsun bu insanlardan biri həbs olunmazdı”.

Müraciətini fars dilində səsləndirən Armita Pavir, sonda türk dilində 'Zülm ilə abad olan, axırı bərbad olar' deyə bir atalar sözü ilə bitirib.

Tələbə fəalı Armita Pavir “sistemə qarşı təbliğat fəaliyyəti göstərmək” və “ali dini lideri təhqir etmək” ittihamlarından təqsirkar bilinərək, cəmi 22 ay və 17 gün həbsə məhkum edilib. O, ötən ilin sentyabr ayının 21-dən bəri Təbriz həbsxanasında saxlanılır.

Forum

XS
SM
MD
LG