Accessibility links

Təbriz və Ərdəbildə həbs olunan fəalların plakatları paylanılıb


Təbrizdə siyasi məhbusların afişləri paylanılıb
Təbrizdə siyasi məhbusların afişləri paylanılıb

Təbriz şəhərində milli fəallar təhlükəsizlik qüvvələrinin nəzarəti altında saxlanılan fəallara dəstək və ictimaiyyəti maarifləndirmə məqsədilə şəhərdə plakatlar paylayıblar.

Sosial mediada yayılan fotolarda Yürüş Mehrəlibəyli, Əli Babayi, Cavad Sudbər və Elşən kimi tanınan rep ifaçısı Milad Cəlilinin afişlərinin Təbriz küçələrində quraşdırıldığı görünür.

Təbrizdə təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanılan milli fəalların şəkilləri və adları dərc olunan afişlərdə, Əhməd Cavadın "Mən türk övladıyam" şeirinə aid "Nə qədər ki, hakimlik var, məhkumluq var, mən varam, Zülmə qarşı üsyankaram, əzilsəm də susmaram!" beyti də qeyd olunub.

Sentyabrın 13-dən bəri həbsdə saxlanılan Əli Babayi həbs edildiyindən bir neçə gün sonra ailəsilə qısa telefon əlaqəsi saxlayıb və o zamandan bəri ona ailəsinə zəng etməyə icazə verilməyib. Əli Babayinin ailəsinin uzun müddət ondan heç bir xəbər ala bilməməsi ailəsinin və yaxınlarının narahatlığına səbəb olub.

Həmçinin, son günlər Ərdəbil şəhərində Azərbaycanın siyasi məhbuslarına dəstək məqsədilə milli fəallar həmin şəhərin küçələrində İran Azərbaycanından olan təhlükəsizlik qüvvələrinin nəzarətində olan və eləcə də həbsxanada saxlanılan cəmi 11 siyasi məhbusun şəkillərini və adlarını ehtiva edən plakatlar yayıblar.

Ərdəbildə azərbaycanlı siyasi məhbuslara dəstək üçün afişlər paylanılıb
Ərdəbildə azərbaycanlı siyasi məhbuslara dəstək üçün afişlər paylanılıb

Hazırda Təbriz, Ərdəbil və Tehranın Evin Həbsxanasında həbs cəzası çəkməkdə olan azərbaycanlı siyasi məhbuslar Pərviz Siyabi, Mahmud Ocaqlı, Əli Rəzizadə, Armita Pavir, Arəş Cövhəri, Əsgər FərəciƏli Rzayinin şəkilləri olan afişlərdə Azərbaycan milli-mədəni fəallarının dərhal sərbəst buraxılması tələb olunub. Həmin afişlərdə Təbriz Kəşfiyyat İdarəsində həftələrlə təkadamlıq kameralarda sorğu-suala çəkilən fəalların da şəkilləri yer alıb.

Forum

XS
SM
MD
LG