Sentyabrın 26-da Nyu Yorkda BMT-nin Baş Assambleyasının illik sessiyası çərçivəsində ABŞ dövlət katibi Blinkenin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə üçtərəfli görüşü keçirilib. ABŞ Dövlət Departamentinin verdiyi açıqlamada dövlət katibi Blinkenin hər iki naziri Ermənistan və Azərbaycanın davamlı və ləyaqətli sülh yolunda əldə etdiyi irəliləyişə görə təqdir etdiyi və hər iki ölkəni sazişi mümkün qədər tez yekunlaşdırmaq üçün irəliləməyə davam etməyə çağırdığı bildirilir. Dövlət katibi Blinken sülh sazişinin regiona daha böyük sabitlik və firavanlıq gətirəcəyini vurğulayıb. ABŞ-da fəaliyyət göstərən jurnalist Ələkbər Raufoğlu Nyu Yorkda Amerikanın Səsinə müsahibədə Blinkenin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşünün nəticələri və sülh prosesindən gözləntilər barədə danışıb.
Nyu Yorkda Blinken-Bayramov-Mirzoyan görüşünün əsas məqamları–Jurnalist Ələkbər Raufoğlu ilə söhbət
Episodes
-
Oktyabr 04, 2024
Lyuk Koffi: İsrail İranın raket hücumuna bir şəkildə cavab verəcək
-
Oktyabr 04, 2024
Sorğu: Azərbaycanda müəllimə yanaşma necədir?
-
Oktyabr 04, 2024
AŞPA Azərbaycanda insan hüquqlarının vəziyyətini tənqid edib
-
Oktyabr 03, 2024
Azərbaycanda uşaq futbolunun vəziyyyəti