Accessibility links

Türkiyə parlamenti Livana sülhməramlılar göndərməyi təstiq edib


Türkiyə parlamenti hökumətin BMT-nin Livandakı sülhməramlı əməliyyatlarına qoşulma qərarını təstiq edib. Parlamentdə məsələylə bağlı müzakirələr zamanı minlərlə adam parlamentin yaxınlığında toplaşaraq Livana sülhməramlıları göndərmə planına etirazlarını bildiriblər. Parlamentdə böyük əksəriyyətə malik AKP millətvəkillərinin səsiylə plan təstiq olunub. Türkiyə hökuməti Livana minə qədər hərbi personal göndərməyi nəzərdə tutur. Onlar Livan sahillərində patrul xidmətində iştirak edəcək və Livan qoşunlarının təlimiylə məşğul olacaqlar. Məsələylə əlaqədar olaraq BMT baş katibi Kofi Annan da Türkiyəyə gedib.
XS
SM
MD
LG