Accessibility links

Azərbaycan İqtisadi Azadlıq İndeksində yenə geriləyib


Vaşinqtonda yerləşən Heritage fondu və və Wall Street Journal qəzetinin birgə hazırladığı illik İqtisadi Azadlıq İndeksi bu günlərdə ictimaiyyətə açıqlanıb. Hesabatda Azərbaycanın iqtisadi azadlıq reytinqində yeri ötən ilə nisbətən yeri daha da pisləşib.

Belə ki, 2006-cı il üçün indeksdə 103-cü yerdə qərarlaşan Azərbaycan 2007-ci il hesabatında 107-ci yerə enib. İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qubad İbadoğlu vəziyyətin reallıqda da pisləşdiyini deyir.

Azərbaycanın Qafqaz üzrə qonşularının reytinqdə yeri isə ildən ilə yüksəlir. Belə ki, əsasən azad olmayan ölkələr sırasında yer alan Azərbaycandan fərqli olaraq, keçən ildən bəri 10 pillə irəliləyərək siyahıda 32-ci olan Ermənistan da, ondan üç pillə aşağıda qərar tutan Gürcüstan da qismən azad ölkələr kateqoriyasındadır. Qubad İbadoğlunun Ermənistanın reytinqdəki yeri ilə bağlı ciddi şübhələri var.

Ekspertlərin fikrincə, Heritage fondu və Wall Street Journalın hazırladığı İqtisadi Azadlıqr İndeksi investorların hansı ölkəyə sərmayə qoymaq barədə qərarlarına təsir edən ən nüfuzlu hesabatlardan sayılır.

XS
SM
MD
LG