Accessibility links

İlham Əliyev ABŞ Nəqliyyat Komandanlığının yeni komandanı ilə görüşüb


İlham Əliyev ABŞ Nəqliyyat Komandanlığının yeni komandanı ilə görüşüb
İlham Əliyev ABŞ Nəqliyyat Komandanlığının yeni komandanı ilə görüşüb

Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada iştirakı, nəqliyyat təminatı sahəsində verdiyi töhfələr müzakirə edilib

Prezident İlham Əliyev ABŞ Nəqliyyat Komandanlığının yeni təyin olunmuş komandanı Pol Jozef Selvanı qəbul edib.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən nəqliyyat infrastrukturu sahəsində uğurla inkişaf etdiyi vurğulanıb, Azərbaycanda nəqliyyat infrastrukturu, yerüstü daşımalar və yük daşımaları üçün əlverişli xidmət vasitələrinin yaradıldığı bildirilib, bu istiqamətdə böyük layihələrin həyata keçirilməsinin önəmi qeyd olunub.

Görüşdə, həmçinin Azərbaycanın əlverişli coğrafi mövqeyi və beynəlxalq nəqliyyat daşımaları sahəsində mühüm məkanlardan birinə çevrildiyi vurğulanıb.

Söhbət zamanı Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada iştirakı, nəqliyyat təminatı sahəsinə verdiyi töhfə yüksək qiymətləndirilib, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

XS
SM
MD
LG