Accessibility links

ABŞ İranla razılaşmada ciddi monitorinqin nəzərdə tutulduğunu bildirir


Obama administrasiyası İranla Tehranın nüvə proqramının məhdudlaşdırılmasına dair ilkin razılaşmanın şərtlərini müdafiə edərək, buraya Birləşmiş Ştatların hələ heç bir ölkə ilə müzakirə etmədiyi ciddi monitorinqin daxil olduğunu bildirib.

ABŞ Dövlət katibinin Siyasi Məsələlər üzrə müavini Vendi Şerman yəhudi sosial ədalət qrupuna deyib ki, razılaşmada Tehrana nüvə silahı istehsalı üçün lazım olan vaxtdan daha uzun müddət verildiyi üçün İsrail yeni səviyyədə müdafiə olunur.

İsrailin Baş naziri Benyamin Netanyahu Birləşmiş Ştatlar və dünya qüdrətlərinin İranla əldə etdiyi razılaşmanı kəskin tənqid edərək, bunun Tehranı yəhudi dövlətinin mövcudluğuna təhlükə yaradan atom silahı istehsalından çəkindirməyəcəyini bildirib.

Vendi Şerman Birləşmiş Ştatların İsrailə dəstəyindən geri çəkilməcəyinə söz verib . O deyib ki, Tehran nüvə razılaşmasının şərtlərini pozsa, ABŞ bunun qarşısını almaq üçün bütün variantlara malik olacak.

Beynəlxalq vasitəçilər iyunun sonuna qədər İranla yekun razılaşmasının əldə edilməsi istiqamətində işləyir.

XS
SM
MD
LG