Accessibility links

ABŞ-ın Yəməndəki səfirliyi ölkədə vəziyyətlə əlaqədar bağlanıb


ABŞ-ın Yəməndəki səfirliyi ölkə prezidentinin istefasından sonra təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq Sənada diplomatik misisyasını bağlayıb.

Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi Sənada səfirliyin yəmənli işçilərinin verdiyi açıqlamanı təsdiq edib. Onların sözlərinə görə, səfir diplomatik missiyanın işçilərini səfirliyin bağlandığını və onun çərşənbə günü Yəməni tərk edəcəiyini bildirib.

Səfir Metyu Tueller onları həmçinin Vaşinqtonun Amerika səfirliyi bağlı qaldığı müddətdə SənadakıTürkiyə və Əlcəzair səfirliklərindən ABŞ-ın maraqlarını təmsil etməyi istəyə biləcəyi haqda məlumatlandırıb.

Dövlət Departamentinin sözçüsü Cen Psaki brifinq zamanı müxbirlərə bildirib ki, yüksək səviyyəli rəsmilər Yəməndə gün-gündən pisləşən vəziyyəti diqqətlə izləyir.

Cen Psaki ABŞ-ın Yəməndəki səfirliyinin bağlanması xəbərini nə təsdiq, nə də təkzib edib, lakin əvvəlki bəyanatlarını təkrar edərək, səfirlik işçilərinin sayının son günlər azaldıldığını bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar ölkədə vəziyyətin sabitləşdirilməsi səyləri çərçivəsində Hutilər də daxil olmaqla, Yəməndə bütün tərəflərlə əlaqə saxlayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Avstraliya ABŞ və Britaniya ilə yeni müdafiə sazişi imzalayıb
please wait

No media source currently available

0:00 0:12:53 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG