Accessibility links

ADNA-da terrordan 6 il keçir [Fotogalereya]


Offerings left in a variety of languages at the Erawan shrine after it was the site of a bombing, Aug. 19, 2015. (Steve Herman/VOA News)
Offerings left in a variety of languages at the Erawan shrine after it was the site of a bombing, Aug. 19, 2015. (Steve Herman/VOA News)

Terror nəticəsində 13 nəfər ölüb, 13 nəfər isə yaralanıb

Azərbaycan Dövlət Neft Akademiyasına (ADNA) silahlı hücumdan 6 il keçir. Terror nəticəsində qatil də daxil olmaqla 13 nəfər ölüb, daha 13 nəfər isə yaralanıb.

30 aprel 2009-cu ildə ADNA-ya silahlı hücum olub. Gürcüstan vətəndaşı Fərda Qədirov akademiyanın Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci tədris korpusuna hücum edərək qarşısına çıxan hər kəsi güllələyib və sonda özü də ölüb.

Qətlə yetirilənlərin 4-ü müəllim, 7-si tələbədir.

Neft Akademiyasındakı qanlı terrorla bağlı 4 nəfər həbs edilib. Onlar Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürməyə hazırlıq, qəsdən adamöldürmə, qəsdən adam öldürməyə cəhd, mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə, qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və daşıma maddələri ilə məhkum edilib.

ADNA-da terror qurbanlarının xatirəsi hər il tələbələr və ictimaiyyət tərəfindən qeyd edilir. İctimaiyyət, o cümlədən tələbələr ADNA-nın qarşısına gələrək gül dəstələri ilə qurbanların xatirəsini yad edir.

Bir neçə dəfə anım mərasimləri ictimai-siyasi fəalların hökumətin fəaliyyətini kəskin tənqid edən yürüşlər və etiraz aksiyaları ilə müşayiət edilib.

XS
SM
MD
LG