Accessibility links

BMT Baş katibi Ümumdünya AİDS Günü ilə bağlı müraciət edib


อดีตรองประธานาธิบดีสหรัฐ อัล กอร์ เข้าร่วมการประชุมเศรษฐกิจโลกประจำปี หรือ World Economic Forum ที่เมืองดาวอส ประเทศสวิตเซอร์แลนด์<br />
&nbsp;
อดีตรองประธานาธิบดีสหรัฐ อัล กอร์ เข้าร่วมการประชุมเศรษฐกิจโลกประจำปี หรือ World Economic Forum ที่เมืองดาวอส ประเทศสวิตเซอร์แลนด์<br /> &nbsp;

Azərbaycanda 4171 nəfər AİDS-ə yoluxan var

BMT-nin Baş Katibi Pan Gi Mun 1 dekabr, Ümumdünya AİDS günü münasibəti ilə dünya ictimaiyyətinə müraciət edib

Sənəddə deyilir ki, son illərdə yeni infeksiya və ölüm halları göstəricilərində əhəmiyyətli dərəcədə azalma müşahidə olunmaqdadır. 2015-ci ilə qədər 15 milyon insanın virus əleyhinə müalicə ala bilməsini reallaşdırmaq hədəfi istiqamətində biz çox yaxşı irəliləyişlər əldə etmişik.

Baş katib həmçinin bilririr ki, BMT-nin AİDS üzrə birgə Proqramının (UNAİDS) 2013-cü il Ümumdünya AİDS günü ilə bağlı hesabatında bəzi ölkə və regionlarda hələ də bu işlə bağlı çatışmazlıqların olduğuna işarə edən narahatedici məqamlar var. Biz damğa və ayrı-seçkiliyin ləğvi yolunda səylər vasitəsilə aztəminatlı əhaliyə çata bilirik, lakin bununla bərabər problemə son qoymaq üçün görüləsi işlər çoxdur. Biz cəza qanunları və sosial təcrid də daxil olmaqla bütün maneələri aradan qaldırmalıyıq, eləcə də İİV-in müalicəsi və xidmətlərdən yararlanmaq imkanı olmayan hər bir kəsə yardım əlimizi uzatmalıyıq.

Sənədə görə, AİDS-dən azad nəslin yetişməsində şəraitin yaradılması üçün yeni İİV infeksiyalarının uşaqlar arasında yayılmasının qarşısının alınması istiqamətində səyləri artırmalı və İİV-lə yaşayan anaların müalicə alması təmin edilməlidir. “Mən, mənəvi zərbəyə səbəb olan, İİV infeksiyası təhlükəsini və AİDS-lə ölümünü artıran qadınlara qarşı zorakılıq və ayrı-seçkilik hallarının dayandırılması üçün addımlar atılması ilə bağlı xüsusi xəbərdarlıq edirəm”, Pan Gi Mun qeyd edib.

Baş katib bildirir ki, qarşıda hələ də görüləsi işlər çoxdur. “Biz AİDS-siz gələcək istəyiriksə, sıfır yeni İİV yoluxmaları, sıfır ayrı-seçkilik və sıfır AİDS-in səbəb olduğu ölüm halları arzumuza çatmaq üçün gərək sərmayə qoyuluşunu, öhdəliyimiz və innovativliyi davam etdirək. Ümumdünya QİÇS Günündə, gəlin QİÇS-i birdəfəlik tarixin səhifələrinə həkk edək”, o qeyd edib.

Azərbaycan AİDS-lə Mübarizə Mərkəzinin məlumatına görə, 2013-cü ildə ölkədə AİDS-ə yoluxanların sayı 4171 nəfər olub.

Onların 96 faizi Azərbaycan vətəndaşıdır. AİDS mərhələsində olanların sayı 1248 nəfərdir.

Xəstəlikdən ölənlərin sayı 578 nəfərdir.
XS
SM
MD
LG