Accessibility links

Klinton Əlcəzairdə girov böhranı ilə bağlı dərin narahatlığını bildirib



ABŞ Dövlət katibi Hillari Klinton Əlcəzairdə davam edən girov böhranına görə dərin narahatlıq keçirdiyini bildirərək, Əlcəzair hökumətini girovların həyatını xilas etmək üçün əlindən gələni etməyə çağırıb.

Klinton bunu Vaşinqtonda Yaponiyanın Baş naziri ilə birgə mətbuat konfransında deyib. Əlcəzairin dövlət xəbər agentliyi ordunun girovları xilas etmək üçün keçirdiyi əməliyyat zamanı 12 Əlcəzair və xarici ölkə vətəndaşının öldüyü haqda məlumat verib.

ABŞ Dövlət katibi həmçinin ABŞ-ın Əlcəzair və regiondakı digər ölkələrlə əks-terror sahəsində səylərini genişləndirməsi və dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

Bundan öncə Əlcəzairin dövlət xəbər agentliyi islamçı yaraqlıların çərşənbə günü girov götürdüyü 100-dən çox xarici ölkə vətəndaşının azad edildiyini, lakin 30-dan çox girovun taleyi ilə bağlı məlumatın olmadığını bildirib.
XS
SM
MD
LG