Accessibility links

Tehran həbsxanasında saxlanılan Əlirza Fərşinin səhhəti yaxşı deyil


Tehran həbsxanasında 2 illik həbs cəzasını çəkməkdə olan türk dil haqları fəalı Əlirza Fərşi iyunun 29-da Tehranın Loqman Həkim xəstəxanasına köçürülüb.

Əlirza Fərşi iyunun 28-də yaxınları ilə telefon təmasında sağlıq durumunun yaxşı olmadığını, "sağ əlinin həftələrdir uyuşuq olduğunu və dərmanlarını aldıqdan sonra bədənində titrəmə başladığını" bildirmişdi.

“Fərşinin düzgün qida rejiminə ehtiyacı var. Türk dil haqları fəalı əlavə olaraq diabet xəstəliyindən əziyyət çəkir və saxlanıldığı zaman məmurlar tərəfindən döyüldüyü üçün sol gözündə problem yaşayır,” Günaz TV-nin saytında qeyd edilib.

Siyasi fəal dəfələrlə həbsxana məsullarına müraciət etdiyinə rəğmən ehtiyacı olan səhiyyə xidmətləri ilə təmin edilməyib.

Fərşi göstərdiyi fəaliyyətlər səbəbilə daha əvvəl universitet müəllimi vəzifəsindən uzaqlaşdırılıb. O hazırda Tehran həbsxanasında dil hüquqları uğrunda göstərdiyi fəaliyyətlər səbəbilə məhkum olduğu 2 illik həbs cəzasını çəkməkdədir. Siyasi fəal əlavə olaraq başqa bir məhkəmənin qərarı ilə 4 il və 2 ay daha həbs, 2 il qeyri-hökümət təşkilatlara üzv olmaqdan məhrumiyyət və Tehran Bələdiyyəsində 2 ay məcburi əmək cəzasına məhkum edilib.

XS
SM
MD
LG