Doktrina Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli Amerikanın Səsi radiosuna müsahibəsində Amerika-Azərbaycan hərbi əməkdaşlığının yüksələn xətlə inkişaf etdiyini bildirib.
Onun fikrincə, ABŞ Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunun inkişafı, xüsusilə də dənizdə müşahidə imkanlarının artırılması istiqamətində ciddi dəstək göstərir. “Radar sistemlərinin quraşdırılması, eyni ilə də Azərbaycan hərbi dəniz qüvvələrinin şəxsi heyətinin təlimi, gəmilərin və bir sıra hava limanlarının modernləşdirilməsi istiqamətində dəstək verir”.
Ekspert hesab edir ki, 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra münasibətlərdə bir boşluq yaranıbmış. “Bu boşluq iki il davam etdi. Çox sevindiricidir ki, tərəflər yenidən əməkdaşlığı davam etdirməyə qərar verib. Amerika ordusunun Avropa komandanının bu günki səfərindən sonra çox yəqin ki, əməkdaşlığın konkret konturları cızılacaq”.
Ekspert Vaşinqtonda keçiriləcək Amerika Azərbaycan hərbi və iqtisadi dialoqundan danışarkən deyib ki, iki ölkənin təhlükəsizliklə bağlı danışıqlar masasında bir sıra ciddi məsələlər var. “Bunlar regionda təhlükəsizlik və Xəzərdə təhlükəsizlik durumu, Azərbaycanın antiterror əməliyyatlarında, narkotiklərə qarşı mübarizədə iştirakı, Qəbələ RLS və başqa mühüm məsələlərdir. Ötən ilin ortalarından Amerika ilə Azərbaycan arasında yeni bir proses başlayıb. Bu Azərbaycanın enerji infrastrukturlarının mühafizəsi istiqamətində praktiki dəstəyi nəzərdə tutur. Hesab edirəm ki, dialoq zamanı Azərbaycana göstəriləcək praktiki köməyin forma və mexanizmləri müzakirə olunacaq. Bu həmdə NATO-nun Çikaqo sammitinin nəticələrinə də uyğundur”.
C.Sümərinli Azərbaycan Amerika-Azərbaycan birgə hərbi təlimlərinin yaxın illərdə bərpa olunacağına inanmır. “Rusiya birgə hərbi təlimlərə və Amerika hərbiçilərinin Cənubi Qafqaz ölkələrinə gəlməsinə çox qısqanclıqla yanaşır. Bu səbəbdən də belə təlimlər Azərbaycanda deyil başqa ölkələrdə keçirilir. Amma, Azərbaycan və Amerika enerji obyektlərinin qorunması üçün hərbi dəniz qüvvələri və sərhəd mühafizə dəstələri ilə birgə praktik təlimlər keçirə bilər. Bu Rusiyanın da mənafeyinə uyğundur”.
Ekspert həmçinin Amerika ilə Azərbaycan arasında hərbi texniki və təchizat sahəsində əməkdaşlığın vacib olduğunu deyir. “Azərbaycan Milli Təhlükəsizlik, Xarici Siyasət konsepsiyalarında və hərbi doktrinasında qərbə inteqrasiyanı strateji xətt seçib. Bu baxımdan Azərbaycan ordusunun təchizatında Amerika şirkətləri iştirak etməlidir. Azərbaycan Silahlı Qüvvələrinin silah və texniki təchizatını NATO standartlarına uyğunlaşdırmaqdadır. Bunun üçün ölkənin kifayət edəcək dərəcədə maliyyə vəsaiti də var. Artıq 7 NATO ölkəsi Azərbaycan ordusunun təchizatı ilə bağlı məsələlərdə iştirak edir. Başlıcası isə Türkiyə bu işlərdə yaxından iştirak edir. Ümid edirəm ki, nəhayətdə Amerika şirkətləri də bu işlərə qoşulacaq. Çox təəssüf edirəm ki, bu yaxınlarda Azərbaycanla bir Amerika şirkəti arasında bu sahədə 2010-cu ildə əldə edilmiş niyyət pozuldu”.