Accessibility links

Zaqatalada baş vermiş atışma ilə bağlı 8 nəfər saxlanılıb


Polis əməliyyat keçirib
Polis əməliyyat keçirib

Saxlananlardan odlu silah - sursat aşkar edilib

Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri Zaqatala rayonunda baş vermiş və 3 nəfərin ölümü ilə nəticələnən silahlı insident barədə yeni açıqlama yayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə verilən məlumata görə, noyabrın 24-də Zaqatala rayonunda (bakıdan 430 kilometr şimal-qərb) ağır cinayət hadisəsi törədilib.

Rayonun Yuxarı Tala kəndi ərazisində “VAZ-2107” markalı avtomobildən “Hyundai Elantra” markalı avtobilin odlu silahla atəşə tutulması nəticəsində sərnişinlər - Balakən rayon sakini Kamil Hüşənov, Bakı şəhər sakinləri Vasif Cəfərov və Vüqar Rəcəbov qətlə yetirilib, sürücü, Balakən rayon sakini Vüsal Əliqayev isə xəsarət alıb.

Məlumata görə bu ağır cinayətin əvvəllər məhkum olunmuş Samir Osmanov və digərləri tərəfindən törədilməsi müəyyən edilib.

Təxirəsalınmaz tədbirlərlə cinayətin iştirakçıları - Samir Osmanov, "VAZ-2107" markalı avtomobilin sürücüsü Bəhruz Layıcov, onun qardaşları Vüqar və Eldəniz, Vüsal Əliqayev, Pərviz Qarayev, Aydın Sayılov və Ömər Orucov saxlanılıblar.

Bu istiqamətdə aparılmış tədbirlərin davamı olaraq Bəhruz və onun qardaşı, hazırda həbsdə olan Harun Layıcova məxsus evlərə baxış zamanı isə Almaniya istehsalı olan 1 ədəd avtomat silah, 5 əl qumbarası, 4 ədəd radiostansiya, 1 fişəngatan tapança, 18 ədəd fişəng, 823 ədəd müxtəlif çaplı patron, 1 səs qumbarası, uzaqdan idarə edilən partlayıcı qurğunun detektoru, maska, qandal, xeyli sayda digər hərbi sursat, həmçinin 8 kiloqrama yaxın narkotik vasitə aşkar edilib.

Fakt üzrə Cinayət Məcəlləsinin 120.2.7 (qəsdən adamöldürmə) və 228.1-ci (qanunsuz odlu silah saxlama) maddələri ilə cinayət işi başlanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG