Accessibility links

Birma müxalifət liderinin ABŞ-a səfəri başlayıb


Aunq San Syu Çi Amerikanın ölkəsinə qarşı sanksiyaların yüngülləşdirilməsi qərarını alqışlayıb

Aung San Syu Çi 2010-cu ildə azadlıq əldə etdikdən sonra ilk dəfə 17 günlük səfərlə Amerikadadır.

Birmanın müxalifət lideri Amerikanın ölkəsinə qarşı sanksiyaların yüngülləşdirilməsi qərarını alqışlayaraq, Birma ilə ABŞ münasibətlərinin cavabdehliyə əsaslanmalı olduğunu deyib. Bu gün Vaşinqtonda çıxış edən xanım Çi bildirib ki, Birma xalqı sanksiyalardan asılı olmamalı, öz müqəddəratını həll etməyi bacarmalıdır.

O, ölkəsinin yardımlara ehtiyacı olduğunu vurğulayıb.

Bu gün onun Hillari Klintonla görüşü zamanı ABŞ dövlət katibi Birmanın müxalifət liderinin səfərini alqışlayıb.

Aung San Syu Çi Amerikanın səsində də olacaq.

Sabah ABŞ qanunvericiləri ona Konqresin Qızıl Mesadılını təqdim edəcək.
Daha sonra xanım Çi Kaliforniya, İndiana və Nyu Yorka səfər edəcək. İndiana Amerikada birmallıların ən böyük icması olan ştatdır.

ABŞ prezidenti Barak Obama Birmanın sabiq hökumətinin insan hüquqları vəziyyətinə görə tətbiq edilən sanksiyaları yüngülləşdirmk istəyir. Mülki hökumətin idarəçiliyi ilə ölkədə vəziyyət bir qədər dəyişib.
XS
SM
MD
LG