Avropa Şurası Rusiyanı İslam Dövləti qrupu, ya da BMT-nin terrorçu təşkilat kimi tanıdığı başqa qrupların hədəf alınmadığı hava hücumlarını dərhal dayandırmağa çağırıb.
Rusiyanın Müdafiə nazirliyi son 24 saat ərzində təyyarələrin Suriyada 53 hədəfi vurduğunu bildirərək, internetdə İŞİD-in İdlib vilayətində təlim düşərgəsi və Latakiya vilayətində İŞİD-in yeraltı obyektləri kimi təsvir etdiyi hədəflərə qarşı hava hücumunun keçirildiyini göstərən video görüntülər yerləşdirib.
Rusiyanın Suriya hökuməti ilə koordinasiya edilən hərbi kampaniyasından təxminən iki həftə keçir. Şənbə günü Rusiya prezidenti Vladimir Putin siyasi kompromisin əldə edilməsi üçün düzgün şərtlərin yaradılması məqsədilə Bəşar Əl-Əsəd hökumətinin sabitləşdirilməsinə dəstək verdiyini deyib.
BMT-nin xüsusi nümayəndəsi Staffan de Mistura mətbuat konfransında deyib ki, iki ölkə arasında hücumların İslam Dövləti qrupuna qarşı aparıldığı haqda anlaşma əldə etmək məqsədilə o, Vaşintqtonda əvvəl Rusiyada danışıqlar keçirəcək.
Suriyada bir-birinə düşmən müxtəlif üsyançı qruplar və hökumət qüvvələr arasında vətəndaş müharibəsi dörd ildir davam edir.
Birləşmiş Ştatlar 13 ay bundan əvvəl Suriyada İslam Dövlət qrupuna qarşı həava hücumları kampaniyasına başlasa da, hava hücumları İŞİD yaraqlılarının irəliləməsinin qarşısını müvəffəq şəkildə ala bilməyib.
Vaşinqtonda Müdafiə nazirliyinin rəsmiləri və Ağ Ev Rusiyanın Suriyaya müdaxiləsini tənqid edib. Bunun əsas səbəbi yeni hərbi kampaniyanın Birləşmiş Ştatların dəstəklədiyi və Əsəd qarşı olan bəzi müxalif qrupları hədəf almasıdır.