Accessibility links

Avropa İttifaqı Xorvatiyanın quruma üzvlüyü ilə bağlı səsverməni alqışlayıb


Croatian voters cast their ballots at the polling station in Zagreb, Croatia, January 22, 2012.
Croatian voters cast their ballots at the polling station in Zagreb, Croatia, January 22, 2012.

Avropa İttifaqı Xorvatiyanın quruma üzvlüyü ilə bağlı səsverməni alqışlayıb.

Dünən keçirilən referendum zamanı xorvat seçicilərinin 66 faizi ölkələrinin ittifaqa üzv olmasına müsbət səs verib.

İttifaqa üzvlük tərəfdarları olan ölkələr Xorvatiyanın quruma qoşulmaqla qeyri-sabit iqtisadiyyatını düzəldə biləcəyinə ümid bəsləyir. Lakin tənqidçilər Xorvatiyanın bəzi üzv ölkələrdə borc böhranına görə iqtisadi çətinliklərlə qarşılaşmış Avropa İttifaqına daxil olmaqla heç nə qazanmayacağını deyir.

Xorvatiya prezidenti İvo Yosipoviç referendumun Xorvatiya üçün dönüş nöqtəsi olduğunu bildirib.

27 üzvlü Avropa İttifaqı Xorvatiyanın üzvlüyünü təsdiq etməlidir. Ratifikasiyaları əldə etməklə Xorvatiya 2013-cü ilin iyul ayının birindən etibarən qurumun üzvü ola bilər.

XS
SM
MD
LG