Accessibility links

Xorvatiya Avropa İttifaqına daxil olmaq istiqamətində irəliyə mühüm addım atıb (YENİLƏNİB)


Xorvatiya Avropa İttifaqına daxil olmaq istiqamətində irəliyə mühüm addım atıb (YENİLƏNİB)
Xorvatiya Avropa İttifaqına daxil olmaq istiqamətində irəliyə mühüm addım atıb (YENİLƏNİB)

Xorvatiya 2013-cü ildə Avropa İttifaqına daxil olmaq istiqamətində irəliyə mühüm addım atıb. Bu gün ölkədə referendumda seçicilər Xorvatiyanın Avropa Birliyinə üzvlüyünə müsbət cavab veriblər.

Səslərin hesablanması hələ davam edir, rəsmilər isə seçicilərin 67 faizinin referendumda ölkənin Avropa İttifaqına üzvlüyünü dəstəklədiyini bildirir.

İttifaqa üzvlük tərəfdarları daha güclü ölkələrin olduğu quruma qoşulmaqla Xorvatiyanın qeyri-sabit iqtisadiyyatını düzəldə biləcəyinə ümid bəsləyir. Lakin tənqidçilər Xorvatiyanın bəzi üzv ölkələrdə borc böhranına görə iqtisadi çətinliklərlə qarşılaşmış Avropa İttifaqına daxil olmaqla heç nə qazanmayacağını deyir.

Xorvatiya prezidenti İvo Yosipoviç şənbə günü yazılı bəyanatında referenduma müsbət səs verməyə çağıraraq, Avropanın Xorvatiyanın bütün problemlərini həll etməyəcəyini, lakin bütün gözəl bir imkan olduğunu bildirib. O əlavə edib ki, Xorvatiyanın Avropa İttifaqına daxil olması nə ölkənin suverenliyini itirməsi, nə də qurum tərəfindən idarə edilməsi demək deyil.

XS
SM
MD
LG