Accessibility links

Nils Mujnieks: Həbs dalğası və cinayət təqibləri, sosial şəbəkə istifadəçilərini izləmələrə dərhal son qoyulmalıdır


‘Yan sintiri da Mafarauta, rike da bindigogi sun taru kofar fadar Sarki a Maiduguri, 4 ga Satumba 2014.
‘Yan sintiri da Mafarauta, rike da bindigogi sun taru kofar fadar Sarki a Maiduguri, 4 ga Satumba 2014.

Avropa Şurası insan hüquqları komisarı Azərbaycan hökumətini azadlıqları təmin etməyə çağırıb

Azərbaycanda jurnalistlərin və digər şəxslərin təqib olunması insan hüquqları sahəsində ciddi problemlər mənbəyidir”, - Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieks bu il mayın 22-24-də Azərbaycana səfərinin yekunlarına dair hesabatının açıqlanması ilə bağlı bildirib.

O, Azərbaycan hakimiyyətini öz fikirlərinə görə həbs olunanları azad etməyə və ifadə, fikir, toplaşmaq azadlığı sahəsində qanunvericiliyi təkmilləşdirməyə çağırıb.

Komissar həmçinin böhtana (diffamasiya) görə cinayət məsuliyyətinin tam aradan qaldırılmasını tövsiyə edib.

O təəssüflə qeyd edib ki, Azərbaycan prezidenti iyunda düzəlişlər imzalayıb. Düzəlişlərə görə, diffamasiya haqqında qanunvericilik İnternetə də şamil edilib.
Digər problem isə diffamasiya üzrə mülki işlərlə bağlı cərimələrin böyük olması ilə bağlıdır.

“Hakimiyyət qanunverici islahatları başa çatdırmalı və böhtana görə həbs cəzasını ləğv etməlidir, yalnız proporsional cərimələri saxlamalıdır”, - Mujnieks vurğulayıb.

Komissar jurnalistlərin və digər KİV işçilərinin barəsində ağır cəza tədbirləri çıxaran məhkəmələrin müstəqilliyinin və qərəzsizliyinin möhkəmləndirilməsinin vacibliyini qeyd edib.

“Həbs dalğası və cinayət təqibləri, həmçinin sosial şəbəkə istifadəçilərinin geniş izləmələrə dərhal son qoyulmalıdır, İnternet açıq ifadə üçün sərbəst arena olaraq qalmalıdır”, - Mujnieks qeyd edib.

Digər problem isə söz azadlığının məhdudlaşdırılması, nümayişlərin dağıdılması zamanı polis tərəfindən hədsiz qüvvənin tətbiq olunmasıdır.
“Hakimiyyət dinc nümayişçilərə qarşı gücdən istifadədən çəkinməli, təşkilatçılar üçün məqbul olan yerlərdə ictimai toplantılara yardım etməlidir”, - komissar vurğulayıb.

Digər narahatlıq qanunlara düzəlişlərlə bağlı QHT-lərin fəaliyyətinə əlavə məhdudiyyətlərin qoyulması, xaricdən maliyyələşməyə görə QHT-lərə “damğa vuran” hakimiyyətin ritorikası ilə bağlıdır.

“Hakimiyyət sağlam demokratiya üçün həlledici önəm daşıyan birləşmə azadlığı hüququna tam əməl etməlidir. Qeydiyyata tələblərin zəifləməsi və digər bürokratik əngəllərin aradan qaldırılması ilk zəruri addımdır”.

Sonda komissar Azərbaycanda mülkiyyət hüquqları ilə bağlı narahatlığını bildirib.

“Ekspropriasiya və söküntü qanuni rejimdə və şəffaf həyata keçirilməlidir. Hakimiyyət bazar qiymətinə uyğun ədalətli kompensasiyanı, qərardan narazı olanların hüququ baxımdan effektiv müdafiəsini təmin etməlidir”, - o bildirib

Mövzuya uyğun

XS
SM
MD
LG