Accessibility links

Əzra Azəri: Milli hərəkatda mühit qadınların öz təcrübələrini anlatmaq üçün təhlükəsiz deyil


Bu yaxınlarda qadınlara qarşı cinsi əziyyət Clubhouse sosial şəbəkəsində İran Azərbaycanı ilə bağlı təşkil olunan söhbət otaqlarında qızğın mübahisə mövzusu olub. Feminist fəal Əzra Azəri Amerikanın Səsi ilə söhbətdə deyir ki, bu mövzuların danışılması qadına baxış ilə əlaqədar “toplumun iç üzünü” ortaya çıxarır.

Bir çox türk fəalın qatıldığı bu mübahisələr bir kişi istifadəçinin bir qadın istifadəçiyə qarşı söylədiyi seksist ifadələrin yayılmasından sonra ortaya çıxıb.

O zaman ki, feminist qadınlar səhnəyə çıxan kişilərə etiraz etdilər ki, danışıq mühitini qadınlara buraxın və icazə verin bugün qadınlar onlara yaşatdığınız təcrübələri danışsınlar, bir neçə nəfər otağı tərk edib və başqa bir otaq açdılar. Çox da ağır bir ad seçdilər; “kişilərə təcavüz”.

Əzra Azəri hesab edir ki, “bu mübahisələr qadınlar üçün ağır olsa da, yenə də qadınlar bədəl ödəyib və suçlansa da, oxlar qadınlara tərəf yönəlsə də, mövzunun açılması məsələnin aydınlaşmasına yardım edəcək.”

Feminist fəal 200-ə yaxın istifadəçinin qatıldığı söhbət otaqlarında ümumiyyətlə kişilər tərəfindən səsləndirilən bəzi fikirləri cinsi əziyyət qurbanlarına qarşı yaradılan qərəzli və yanlış stereotiplər və inanclardan ibarət olan “təcavüz əfsanələri” (təcavüz mifləri) kontekstində dəyərləndirir.

“[Əfsanələrdən biri] budur ki, təcavuz edənin normal olmadığını deyirlər. Özünə kontrolu yox imiş. Filan xəstəliyi varmış, məsələn dəli imiş. Ya yuxarı sinifə aid deyilmiş. Buna örnək, Clubhouse otağında ümumi bir qəbul var idi ki, bu adam ki, bir qadına qarşı bu qədər seksist kəlmələri işlədib, bu adam bizdən deyil və İran kəşfiyatının adamıdır. Yəni bu bizim toplumumuza aid deyil və mütləq eşikdən gəlib. Belə bir inkar var idi,” o, söyləyir.

Bu söhbət otaqlarında da gördük ki, mühitimiz bu məsələləri açmağa çox qapalıdır. Təhlükəsiz atmosfer yoxdur ki qadınlar özlərini rahat hiss edib, təcrübələrini anlatsınlar.


Əzra Azərinin sözlərinə görə, “bəzi kişilər mikrofon alıb, qadınları himayə adına yenidən [qadınlara qarşı] stereotiplər törədirdilər.”

Bəzi kişi istifadəçilər feminist fəalların açıqlamalarını bütün kişilərə hücum olaraq dəyərləndirib, “kişilərə təcavüz” adında bir sohbət otağı açdılar.

“O zaman ki, feminist qadınlar səhnəyə çıxan kişilərə etiraz etdilər ki, danışıq mühitini qadınlara buraxın və icazə verin bu gün qadınlar onlara yaşatdığınız təcrübələri danışsınlar, bir neçə nəfər otağı tərk edib və başqa bir otaq açdılar. Çox da ağır bir ad seçdilər; “kişilərə təcavüz”. Burada aqressiv bir inkar var. Bu təcavüz əfsanələrində var, yəni olayı kiçimsəyirlər. Bir də bu var idi ki, başlayırdılar o qadını suçlamağa, yəni ki, sənin davranışın da normal olmayıb və bu, sənin haqqındır,” İsveçdə yaşayan qadın haqları fəalı qeyd edir.

Əzra Azəri hesab edir ki, toplumda hüquqları pozulan və inkar edən siniflər və qruplara yardım etmək üçün məsələyə onların perspektivindən baxmaq lazimdır:

Mən İranda bir türk və bir qadın olaraq ayrı-seçkiliyə məruz qalmışam. Sonra İsveçdə bir mühacir kimi yaşayıb və o çətinlikləri görmüşəm. Bunların mənə göstərdiyi şey budur ki, əgər mən bir mühacir qadına yardım etmək istəsəm, olaylara onun persperktivindən baxmalıyam.

“Mən İranda yaşadığım dönəmdə bir türk olaraq və bir qadın olaraq ayrı-seçkiliyə məruz qalmışam. Sonra İsveçdə bir mühacir kimi yaşayıb və o çətinlikləri görmüşəm. Bunların mənə göstərdiyi şey budur ki, əgər mən bir mühacir qadına yardım etmək istəsəm, olaylara onun persperktivindən baxmam lazimdır. İranda da bir fars ana dilində yazıb oxumamağın mənfi təsirlərini nə qədər başa düşməyəcəksə, kişilər də eyni şəkildə, mühitin biz qadınlara təhlükəli olduğunu, sosial mediada istədiyimiz kimi danışa bilmədiyimizi başa düşməyəcək.”

Feminist fəal milli hərəkatda mühitin qadınların öz təcrübələrini anlatmaq üçün yetərincə təhlükəsiz olmadığını vurğulayır.

“Bu son söhbət otaqlarında da gördük ki, mühitimiz bu məsələləri açmağa çox qapalıdır. Təhlükəsiz atmosfer yoxdur ki, qadınlar özlərini rahat hiss edib, təcrübələrini anlatsınlar. Hətta feminist qadınlar da bu mühitlərdə özlərini rahat hiss etmirlər” - deyə, o əlavə edir.

XS
SM
MD
LG