Accessibility links

“Bütün ittihamlardan bəraət alan Abbas Lisaniyə həbs və sürgün cəzası verdilər!”


Yanvar ayından bəri aydan aya uzadılan nəzarət qərarı ilə Ərdəbil həbsxanasında saxlanılan tanınmış siyasi fəal Abbas Lisani İnqilab Məhkəməsi tərəfindən 8 il həbs və İranın mərkəzində yerləşən Yəzd vilayətinə 2 il sürgün cəzasına məhkum olunub.

Siyasi fəal Abbas Lisaniyə oxunan hökmü şərh edir
please wait

No media source currently available

0:00 0:12:54 0:00

Ərdəbildən Amerikanın Səsinə danışan türk fəal Möhsin İsmailinin söylədiklərinə görə, Abbas Lisani ona oxunan 3 ittihamdan bəraət qazanıb, lakin son mərhələdə qanunsuz bir şəkildə irəli sürülünən yeni bir ittihamla qarşılaşıb.

Möhsin İsmaili
Möhsin İsmaili

“Abbas Lisaniyə prokurorluqda üç ittiham oxunmuşdu. O, həmin üç ittihamla sorğu-sual olundu və dörd sessiyada davam edən məhkəmə prosesində də həmin ittihamlarla mühakimə olundu,” İsmaili bildirir.

Dörd mərhələ davam edən məhkəmənin sonunda Abbas bəyə bu üç ittihamdan bəraət verdilər. Amma, ən sonda, tamamilə qanunsuz bir şəkildə bir ittiham irəli sürdülər ki, dosyedə yox idi.

Lisani keçən təqribən 8 ay ərzində dəfələrlə Təbriz və Ərdəbil məhkəmə qurumları tərəfindən qanunsuzluğa məruz qaldığını önə çəkərək etiraz bildirib. Təbriz məhkəməsi onun şikayətlərindən birini qəbul etsə də, şikayətin mövzusu olan hökmü təkrar qüvvəyə qoymuşdu.

O, keçən yanvar ayında nəzarət altına alındıqdan sonra üç ittihamla qarşılaşmışdı.

Möhsin İsmailinin sözlərinə əsasən, Lisaniyə oxunan ittihamlar “Qərbi Azərbaycan vilayətində türk icmasını təhrik etmək”, “GAMAC adında qruplaşmanı təşkil və idarə edib və ona üzv olmaq” və “rejimə qarşı təbliğat fəaliyyəti” göstərməkdən ibarət idi.

Hər üç ittihamdan bəraət qazanan Lisani son mərhələdə “ölkənin təhlükəsizliyini pozmaq”-da günahlandırılaraq sürgün və həbsə məhkum olunub.

İsmailinin dediklərinə görə, “dörd mərhələ davam edən məhkəmənin sonunda Abbas bəyə bu üç ittihamdan bəraət verdilər. Amma, ən sonda, tamamilə qanunsuz bir şəkildə bir ittiham irəli sürdülər ki, nə dosyedə var idi, nə də məhkəmədə. Heç bir mərhələdə yox idi. Birdən gətirib doseyə dərc etdilər və hökm verdilər.”

İlk üç ittihamdan bir dosye yarada bilmədiklərini gördülər. Bir şey tapa bilməyib, yeni bir ittiham ortaya qoydular ki hər halda Abbas Lisaniyə o əziyyəti tətbiq etsinlər.

Möhsin İsmaili əlavə edir, “o üç ittiham Abbas bəyin 25 ildən artıq fəaliyyətləri ilə bağlı idi. Min səhifədən artıq dosye yaratdılar bu fəaliyyətlərdən. Onu bunlarla məhkum etmək istəyirdilər. Abbas bəy gəldi müdafiəsini etdi. Belə idi ki, bütün bu fəaliyyətlər üzündən ona qarşı [daha əvvəl] ittihamlar irəli sürülmüşdü. O, bu ittihamlarla mühakimə olunmuş, ya bəraət qazanıb ya da cəzasını çəkmişdi.”

Türk fəal hesab edir ki, ilk başdan məhkəmə qurumunun əsas məqsədi hər hansı şəkildə olsa, Abbas Lisanini həbsə məhkum etmək olub.

“İlk üç ittihamdan bir dosye yarada bilmədiklərini gördülər. Bir şey tapa bilməyib, yeni bir ittiham ortaya qoydular ki hər halda Abbas Lisaniyə o əziyyəti tətbiq etsinlər,” deyə Möhsin İsmaili ifadə edir.

XS
SM
MD
LG