Accessibility links

Babək Çələbiyanlı: Bəzən qonşu cəmiyyətlərlə bağlı uyğun olmayan dillə danışırıq [Audio-Müsahibə]


Babək Çələbiyanlı Azərbaycan Milli Hərəkatına mənsub təşkilatların gözə çarpan çatışmazlıqlarından birinin qonşu cəmiyyətlərə dair istifadə etdikləri dil və terminologiya ilə bağlı olduğunu deyir. Azərbaycan Milli Dirəniş Təşkilatının (AMDT) sözçüsü Amerikanın Səsinə müsahibədə güney təşkilatlarının fəaliyyət sahələri, uğurları, eləcə də çatışmazlıqlar və üzləşdikləri problemlərə dair düşüncələrini paylaşıb.

Babək Çələbiyanlı milli hərəkata mənsub təşkilatları daxildə, ya xaricdə təsis edildiklərinə görə iki hissəyə ayırır:

İçəridəki fəaliyyətlərimiz ilə eşikdəki fəaliyyətlərimiz fərqlidir, amma hər iki sahədə Azərbaycan əhalisinin öz müqəddəratını təyinetmə haqqını əldə etmək hədəfini izləyirik.

“Bəzi təşkilatlarımız Güney Azərbaycanın xaricində təsis edilmişdir və onların fəaliyyət sahəsi də xaricdədir. Bəzisi də daxildə yaradılmış və eyni zamanda həm daxildə, həm də xaricdə yerləşirlər. Bunların faəliyyət sahələri fərqlidir. Daxildəki təşkilatlar oradakı milli fəallarla iç-içə çalışırlar. Ana dili, Azərbaycanın iqtisadiyyatı və çevrəsi kimi əsas məsələlərimizə dair tələbləri İrandakı şərtlərə uyğun olaraq gündəmə gətirməyə çalışırlar.”

O, təmsil etdiyi təşkilatın həm daxildə, həm də ölkə xairicində fəaliyyət göstərdiyini söyləyir: “Azərbaycan Milli Dirəniş Təşkilatı daxildə yaranmış bir təşkilatdır və daha sonra xaricdə də fəaliyyətə başlamışdır. İçəridəki fəaliyyətlərimiz ilə eşikdəki fəaliyyətlərimiz fərqlidir, amma hər iki sahədə Azərbaycan əhalisinin öz müqəddəratını təyinetmə haqqını əldə etmək hədəfini izləyirik.”

Diplomatik dillə danışmamaq bizin imicimizi zədələyə bilər və bəzi yerlərdə imicin zədələndiyini görürük

Çələbiyanlı əlavə edir, “daxildə Azərbaycan Milli Hərəkatının söyləmini həm öz toplumumuz içində genişləndirmək, həm də eyni zamanda bu söyləmi İranın siyasi ədəbiyyatına daxil etməyə çalışırıq.”

ABŞ-da yaşayan türk fəal təşkilatların gözəçarpan çatışmazlıqlarından birinin onların istifadə etdiyi söyləm/diskurs ilə bağlı olduğunu önə çəkir.

“Ümumiyyətlə, milli hərəkat ya təşkilatlarımıza baxanda, mənim nəzərimə gələn gözəçarpan zəiflik və çatışmazlıq Azərbaycan Milli Hərəkatının söyləmidir. Hərəkatın söyləmi ilə eyləmi arasında çox fərq var... Milli fəallar ya təşkilat mənsubları olaraq bəzən başqa etniklər, ya qonşulara qarşı yaxşı sözlər və söyləmlər [istifadə edilmir]. Diplomatik dillə danışmamaq bizim imicimizi zədələyə bilər və bəzi yerlərdə imicin zədələndiyini görürük,” Babək Çələbiyanlı deyir.

Çələbiyanlı həmçinin türk fəalların ümumiyyətlə təşkilatlar tərkibində fəaliyyət göstərməyə maraqlı olmadığını təsdiq edib və bunun səbəbləri haqda danışıb.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG