Accessibility links

“Farsdilli media səsimizi eşitmir, beynəlxalq ictimaiyyətə müraciət edirik”


Babək Çələbiyanlı Amerikanın Səsi ilə söhbətdə “İran futbolunda türklərə qarşı irqçiliyə” etiraz olaraq bu yaxınlarda təşkil olunan sosial media kampaniyalarını keçən illərin ən uğurlu kampaniyası kimi dəyərləndirir.

“Farsdilli media səsimizi eşitmir, beynəlxalq ictimaiyyətə müraciət edirik”
please wait

No media source currently available

0:00 0:14:50 0:00

İran Azərbaycanında siyasi fəallar və sosial media istifadəçiləri yanvarın 26-da Tehranın Azadi Stadionunda səsləndirilən təhqiramiz ifadələrlə bağlı sosial media üzrəindən FIFA-ya müraciət kampaniyası başlatdılar.

İranda türkləri və türklüyü təhqir etmək Pəhləvi dönəmində başlayan bir siyasətdir. Nə yazıq ki, bu qeyri-insani mövqe və yanaşma hələ də davam etməkdədir. Bu təhqirlər istər-istəməz toplumda da əks olunur.

Babək Çələbiyanlının sözlərinə görə, bugün İran toplumunda türklər haqqında söylənən təhqiramiz ifadələr Pəhləvilərdən bəri yürüdülən siyasətin nəticəsidir.

“İranda türkləri və türklüyü təhqir etmək demək olar ki, Pəhləvi dönəmində başlayan bir siyasətdir. Nə yazıq ki, bu qeyri-insani mövqe və yanaşma hələ də davam etməkdədir. Görürük ki, türkləri dərslik kitablarında vəhşi kimi qələmə alırlar. Onları nökər kimi göstərirlər. Bunlar istər-istəməz toplumda da əks olunur. Toplumda türkü və türklüyü bəyənilməz və xoşagəlməz bir şəkildə təhqir edirlər,” siyasi fəal bildirir.

O, 2006-cı ilin may ayı2015-ci ilin noyabr ayında İran Azərbaycanında keçirilən kütləvi etirazlara diqqət çəkərək deyir ki, “bu təhqirlər hər zaman Azərbaycanın təpkisinə və etirazına səbəb olub.”

Çələbiyanlı yanvarın 26-da Tehran stadionunda səsləndirilən təhqiramiz şüarlara etiraz olaraq təşkil olunan sosial kampaniyaların da olduqca uğurlu keçdiyini vurğulayır:

“Dövlət komandaları olan İstiqlal və Perspolis azarkeşləri bu növ təhqiramiz ifadələri zaman-zaman səsləndirirlər. Traktor tərəfdaları bu dəfə də ciddi şəkildə öz etirazlarını bildirdilər. Sosial mediada kampaniya başladaraq FIFA-ya müraciət etdilər.”

O, #FIFA_hear_our_voice haştaqı ilə təşkil olunan kampaniyanı son illərin ən uğurlu sosial media kampaniyası olaraq dəyərləndirir:

“Doğrudur ki, Güney Azərbaycanın fəalları sosial mediada öz səslərini kifayət qədər çatdıra bilmirlər. Amma çox sevindirici idi ki, bu son kampaniya yəni FIFA səsimizi eşit haştaqı ilə başladılan kampaniya çox uğurlu bir kampaniya idi. Belə düşünürəm ki, bu ötən bir neçə ildə keçirilən ən uğurlu kampaniya oldu.”

Biz, xaricdəki fəallar isə dəfələrlə farsdilli mediaya müraciət etmişik ki, bizim də dərdlərimizi deyin, bizim də səsimizi eşidin, bizim insanlara olan zülmdən də danışın. Amma nə bizim səsimizi nə də məhbuslarımızın xəbərini yayıblar.

Babək Çələbiyanlının söylədiklərinə görə, türk fəallar və Traktor komandasının azarkeşləri İran rəsmiləri və farsdilli medianın məsələyə laqeyd yanaşması səbəbilə beynəlxalq ictimaiyyətə müraciət etmək yolunu seçiblər.

Siyasi fəalın sözlərinə görə, “ölkə daxilində insanlarımız zaman- zaman İran məsullarına və oradakı media qurumlarına müraciət edib, amma nəticə ala bilməyiblər. Biz, xaricdəki fəallar isə dəfələrlə farsdilli mediaya müraciət etmişik ki, bizim də dərdlərimizi deyin, bizim də səsimizi eşidin, bizim insanlara olan zülmdən də danışın. Amma nə bizim səsimizi, nə də məhbuslarımızın xəbərini yayıblar. İndi göründüyü kimi bizim fəallar artıq onlara müraciət etməkdən vaz keçib. Deyirlər, biz dedik, amma onlar eşitmədi.”

O əlavə edir, “artıq fəallar deyir ki, özümüzə başqa müttəfiqlər axtarmalıyıq. Bizim müttəfiqimiz Quzey Azərbaycan və Türkiyə ola bilər. Onlar həmçinin dünya ictimaiyyətində insani dəyərlərə hörmət edənlərə müraciət edirlər.”

XS
SM
MD
LG