Accessibility links

Bağdadda polis akademiyası hədəf alınıb


Bağdadda polis akademiyası hədəf alınıb
Bağdadda polis akademiyası hədəf alınıb

Bağdadın şimal-şərqində polis təlim akademiyasını hədəf alan intiharçı azı 19 adamın həyatına son qoyub. Hospital rəsmilərinin dediklərinə görə yaralananların sayı azı 26-dir.

“Mən yerdə çoxlu bədən üzvləri, qana bələnmiş beretlər və çəkmələr gördüm. Maşınlar alov içində idi,” deyə Fələstin küçəsindəki akademiyada çaışan polis bildirib.

Ölənlərdən beşi polis zabiti, yerdə qalanlar isə kadetlərdir.

Bu hücum şiə baş nazir Nuri əl-Maliki ilə sünnilərin çoxluq təşkil etdiyi İraqiyya siyasi bloku arasında qarşıdurmanın yumşalmasından sonra hökm sürən sakitliyi pozmuş olur.

Amma cümə axşamı hakimlərdən ibarət panelin sünni vitse-prezident Tareq əl-Haşiminin rəhbərliyi altında ölüm dəstələrinin həyata keçirdiyi 150 hücumu detallamasından sonra gərginlik artmışdı.

XS
SM
MD
LG