Accessibility links

Obama administrasiyası İraqdakı iranlı dissidentləri köçürməyə çalışır


Obama administrasiyası İraqdakı iranlı dissidentləri köçürməyə çalışır
Obama administrasiyası İraqdakı iranlı dissidentləri köçürməyə çalışır

Obama administrasiyası bir qrup iranlı dissidenti İraqın şimalından Bağdad civarında onlar üçün ayrılmış keçid mərkəzinə köçməyə çağırır. Bu ölçünün məqsədi həmin iranlıları üçüncü ölkədə yerləşdirməkdir.

ABŞ Dövlət Departamentinin rəsmisi Daniel Frid deyir ki, ABŞ və İraq rəsmiləri Əşrəf Düşərgəsində məskunlaşan dissidentlərlə danışıqlara başlayıblar. Cənab Fridin sözlərinə görə Əşrəf düşərgəsinin nümayəndəsinə bildirilib ki, Bağdad aeroportu yaxınlığında Hürriyət Düşərgəsi BMT ekspertləri tərəfindən idarə olunur və yaşamaq üçün yararlıdır.

Hürriyət Düşərgəsi bu yaxınlaradək ABŞ hərbi qüvvələrinə məxsus olub. Cənab Frid deyir ki, Mücahiddin Xalq Təşkilatının 3400 üzvü bu qərarı verməkdə azaddır.

İraqın şiə hökuməti bu təşkilatın İraqdakı mövcudluğuna suverenliyə ləkə kimi baxır. İraq hökuməti BMT ilə ötən dekabr ayında razılaşma imzalayaraq iranlı dissidentlərin başqa ölkəyə köçürülməsinə vasitəçi olacağını bildirib.

Obama administrasiyasının Əşrəf Düşərgəsi üzrə xüsusi müşaviri Frid ötən həftə Avropada səfər edərək Avropa ölkələrini iranlı dissidentləri qəbul etməyə razı salmağa çalışıb. Vaşinqton bu köçməni humanitar səbəblərlə əsaslandırır.

ABŞ və İran hər ikisi Mücahiddin Xalq Təşkilatını terrorçu qurum kimi tanıyır.

XS
SM
MD
LG