Accessibility links

İraqda silsilə bomba hücumları baş verib


İraqda silsilə bomba hücumları baş verib
İraqda silsilə bomba hücumları baş verib

İraq paytaxtında, əsasən şiələrin yaşadığı ərazilərdə törədilən dörd bomba hücumları azı 13 nəfərin ölməsinə, 70-dən çox insanın yaralanmasına bais olub. Rəsmilər bomba hücumlarından birinin Bağdadın Sədr qəsəbəsində, bur qrup insanın iş tapmaq üçün toplaşdığı yerdə partladıldığını, nəticədə 7 nəfərin öldüyünü, 20-dən çoxunun yaralandığını deyirlər. Həmin ərazidə həyata keçirilən başqa hücumun isə 2 nəfərin ölümünə, onlarla insanın yaralanmasına səbəb olduğu bildirilir. Digər iki partlayış Bağdadın şimal Şula və Hüriyyə məhəllələrində baş verib və üç nəfər həlak olub.

XS
SM
MD
LG