Accessibility links

2014-cü ilin sonunadək Bakı-Tbilisi-Qars dəmir yolunda ilk qatar yola salınacaq


Bakı-Tbilisi-Qars dəmir yolu
Bakı-Tbilisi-Qars dəmir yolu

Dəmiryolu tikintisi layihəsinin Gürcüstan-Azərbaycan koordinasiya şurasının iclası keçirilib

Gürcüstanda Bakı-Tbilisi-Qars dəmiryolu tikintisi layihəsinin Gürcüstan-Azərbaycan koordinasiya şurasının növbəti iclası keçirilib, maliyyə və texniki məsələlər müzakirə olunub.

Azərbaycan dövlət televiziyasının məlumatına görə, 2013-cü ildə tikintinin gedişi ilə bağlı hesabat dinlənilib, layihənin həyata keçirilməsi üzrə bu il görülməsi nəzərdə tutulan məsələlər müzakirə olunub.

Bakı-Tbilisi-Qars dəmiryolu tikintisi layihəsinin Gürcüstan-Azərbaycan koordinasiya şurasının Tbilisidə keçirilən iclasında qeyd olunub ki, hazırda tikintidə işlər dörd mərhələdə həyata keçirilir. Dəmir yolu tikintisinin Gürcüstan hissəsində ümumi işlərin 31 faizi görülüb.

Gürcüstanın İqtisadiyyat Naziri Giorgi Kvirikaşvili, “Marabda-Kartsaxi” Cəmiyyətinin direktoru Oleq Biçiaşvili və digər rəsmi şəxslərin iştirak etidiyi tədbirdə qeyd edilib ki, Bakı-Tbilisi- Qars dəmir yolunun inşası XXI əsrin ən vacib tikintisidir. Bu yol təkcə üç ölkəni deyil, həmçinin onlarla xalq və ölkə arasında körpü rolunu oynayacaq.

Tədbir iştirakçıları tikinti sahələrinə də baş çəkib.

Bu iln sonuna kimi Bakı-Tbilisi-Qars dəmir yolunda ilk qatar yola salınacaq. Bakı –Tbilisi - Qars layihəsinə görə, Gürcüstanda 153 kilometrlik “Marabda-Kartsaxi” dəmiryolu sahəsi yenidən qurulur və Axalkalakidən Türkiyəyə qədər uzanacaq 27 kilomter məsafədə dəmiryolu tikililir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG