Azərbaycanın NATO yanında daimi nümayəndəsi Xəzər İbrahim Amerikanın Səsinə müsahibəsində Azərbaycan-NATO əlaqələri, Əfqanıstana yüklərin daşınmasında Azərbaycanın rolu, İPAP planının yerinə yetirilmə vəziyyətindən danışıb.
Sual: Azərbaycan-NATO münasibətlərinin hazırki səviyyəsi necədir? İPAP-ın yerinə yetirilmə vəziyyətini necə qələmə verərdiniz?
Cavab: NATO ilə münasibətlər çox yüksək səviyyədədir. Bu gün demək olar ki,
heç bir problem yoxdur. İPAP-ın (Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı), eyni zamanda planlaşdırma və analiz prosesinin qiymətləndirilməsi dörd gün sonra NATO ekspertləri tərəfindən həyata keçiriləcək. Bu günədək heç bir irad yoxdur. Əvvəllər olduğu kimi indi də Azərbaycan hər iki proqramı müvəffəqiyyətlə yerinə yetirir.
Sual: Azərbaycanın NATO yüklərinin Əfqanıstandan çıxarılması üçün tranzit ölkə seçilməsi ilə bağlı vəziyyət nə yerdədir? Danışıqlar varmı?
Cavab: Danışıqlara ehtiyac da yoxdur. Çünki artıq həm NATO, həm də Azərbaycan
tərəfindən buna razılıq verilib. Azərbaycanın bunun üçün müvafiq infrastrukturu da var. Təbii ki, Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin həyata keçirilməsindən və Ələt limanı işlək vəziyyətə gətirildikdən sonra imkanlar daha da genişlənəcək. Bu gün deyə bilərik ki, həm infrastruktur var, həm Azərbaycan qanunvericiliyi var, həm də hər iki tərəfdən siyasi qərar var ki, tranzitin Azərbaycan ərazisindən keçməsi mümkündür. Bu Azərbaycan, Gürcüstan və Türkiyəni ehtiva edəcək.
Sual: Növbəti dövr Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (İPAP) nəyi əhatə edəcək? Çünki birinci dövrdə Müdafiə nazirliyi sisteminin NATO standartlarına uyğunlaşdırılması, müdafiə nazirinin mülki şəxs olması ilə bağlı öhdəliklər var idi. Bunlar nə vaxt yerinə yetiriləcək?
Cavab: Yox, belə deyil. Orada heç bir öhdəlikdən söhbət getmir. Ümumiyyətlə
Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı öhdəlikləri özündə ehtiva etmir. Bu Azərbaycanın öz sənədidir və Azərbaycanın arzularını ehtiva edir. Bəli, Azərbaycan bir, iki, üç, fərqi yoxdur dörd, beş də ola da bilər (Söhbət İPAP-ın dövrlərindən gedir - TF). Orada islahatları öz prioriteti kimi götürür və bundan sonra da götürəcək. NATO-ya üzv olmaq istəyən dövlətlərlə bağlı proqramlar çərçivəsində bütün bu islahatlar əksini tapır. Azərbaycan bu prosesdən kənar qalmır, müdafiə və təhlükəsizlik sektorunun islahatları həyata keçirilir. Bu gün Azərbaycan hərbiçiləri çox fəaldır. Bir nümunə deyə bilərəm. Tərəfdaş dövlətlərin NATO-da zabitləri fəaliyyət göstərir. NATO strukturlarında Azərbaycanın 8 zabiti fəaliyyət göstərir.
Sual: NATO yüklərinin daşınmasında vəziyyət necədir? Əsgərlərin yaralıların və s.
Cavab: Əfqanıstana gedən yüklərlə bağlı vəziyyət çox genişdir. Yüklərin üçdə biri
Azərbaycan üzərindən keçir. Amma geriyə daşınmalarda müxtəlif marşrutlar da mövcuddur. Bildiyiniz kimi Pakistan, Rusiya və Azərbaycan marşrutu var. Burada da Azərbaycanın rolu kifayət qədər böyükdür və ən qısa, ucuz yollardan biridir. Azərbaycan üzərindən daşımaların genişlənməsi imkanları böyükdür.
Sual: 2014-cü ildə Azərbaycan NATO yüklərinin daşınmasında tranzit ölkə olarsa, burada NATO infrastrukturunun yaradılması mümkündürmü? Məsələn, hərbi texnikanın təmiri, dayanma, istirahət və s.
Cavab: İndi nəyisə demək çox tezdir. Amma təbii ki, hansısa NATO infrastrukturunun Azərbaycanda yaradılması barədə bu gün söhbət getmir.
Sual: Azərbaycan-NATO münasibətlərinin hazırki səviyyəsi necədir? İPAP-ın yerinə yetirilmə vəziyyətini necə qələmə verərdiniz?
Cavab: NATO ilə münasibətlər çox yüksək səviyyədədir. Bu gün demək olar ki,
İPAP-ın, eyni zamanda planlaşdırma və analiz prosesinin qiymətləndirilməsi dörd gün sonra NATO ekspertləri tərəfindən həyata keçiriləcək.
Sual: Azərbaycanın NATO yüklərinin Əfqanıstandan çıxarılması üçün tranzit ölkə seçilməsi ilə bağlı vəziyyət nə yerdədir? Danışıqlar varmı?
Cavab: Danışıqlara ehtiyac da yoxdur. Çünki artıq həm NATO, həm də Azərbaycan
Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin həyata keçirilməsindən və Ələt limanı işlək vəziyyətə gətirildikdən sonra imkanlar daha da genişlənəcək.
Sual: Növbəti dövr Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (İPAP) nəyi əhatə edəcək? Çünki birinci dövrdə Müdafiə nazirliyi sisteminin NATO standartlarına uyğunlaşdırılması, müdafiə nazirinin mülki şəxs olması ilə bağlı öhdəliklər var idi. Bunlar nə vaxt yerinə yetiriləcək?
Cavab: Yox, belə deyil. Orada heç bir öhdəlikdən söhbət getmir. Ümumiyyətlə
Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı öhdəlikləri özündə ehtiva etmir. Bu Azərbaycanın öz sənədidir və Azərbaycanın arzularını ehtiva edir
Sual: NATO yüklərinin daşınmasında vəziyyət necədir? Əsgərlərin yaralıların və s.
Cavab: Əfqanıstana gedən yüklərlə bağlı vəziyyət çox genişdir. Yüklərin üçdə biri
Azərbaycanın rolu kifayət qədər böyükdür və ən qısa, ucuz yollardan biridir.