Accessibility links

Co Bayden Demokrat Partiyasından rəsmən prezidentliyə namizəd oldu


Avqustun 18-də ABŞ Demokratları sabiq vitse-prezident Co Baydeni rəsmən prezidentliyə namizəd göstərdi.

Bəzi aparıcı Respublikaçılar da Demokratların Donald Trampla bağlı tənqidlərinə qoşularaq, Baydenin liderlik qabiliyyətini təqdirəlayiq adlandırıb.

Baydenin aylardır prezidentliyə namizəd olacağı ehtimal edilirdi. Belə ki, o, Vermont ştatından senator Berni Sanders də daxil edilməklə, Demokrat Partiyasından prezidentliyə namizədlik uğrunda yarışan çoxsaylı nümayəndə üzərində ştat seçkilərində qələbə əldə edib.

Co Bayden
Co Bayden

Demokratların virtual qurultayının ikinci günü hər bir ştat və ərazi ənənəvi olaraq səsvermə keçirib. Tramp əleyhinə çıxışlar edən Baydenin tərəfdarları ona dəstəklərini davam etdirəcəklərini vəd edib.

Bayden deyib ki, nominasiya özü və ailəsi üçün bir dünyadır, cümə axşamı günü görüşərik. Onun cümə axşamı, qurultayın son günü nominasiyanı qəbul edəcəyi çıxışı gözlənilir.

Baydenin həyat yoldaşı Cill deyib ki, əri seçildiyi təqdirdə iqtisadi tənəzzül və pandemiya dövründə Ağ Evə xalqa layiq olan rəhbərlik gətirəcək.

"Bəziləri ölkəmizin ümdsiz şəkidlə parçalandığını və fikir ayrılıqlarının aradan qaldırılmayacağını düşünür. Lakin bu, bizim son aylarda gördüyümüz deyil. Biz bir araya gəlib biri-birimizə söykənirik. Əvvəllər adi hal hesab etdiyimiz məqamlara dair indi şəfqət və mərhəmət göstəririk. Fərqlərimizin qiymətli və oxşarlıqlarımızın sonsuz olduğunu görürük," Cill Bayden bildirib.

"Biz xalqımızın ürəyinin fədakarlıq və şəfqətlə döyündüyünü sübut etdik. Bu, Co Baydenin uğrunda mübarizə apardığı Amerikanın ürəyidir," Baydenin xanımı bir zamanlar Delavar ştatının Vilminqton şəhərində dərs dediyi orta məktəb sinfindən bildirib.

Cill Bayden həyat yoldaşının son 30 il ərzində prezidentlik yarışlarına 3-cü dəfə qatılmasında səhnəarxası böyük rolu olub. Yardımçıların dediyinə görə, o, Baydenin vitse-prezidentliyə nominasiya irəli sürməsindən öncə bu haqda öz fikirlərini bölüşüb.

Co Bayden Kaliforniya senatoru Kamala Harrisi vitse-prezidentliyə namizəd göstərərək, prezident seçkilərində əsas partiyadan seçkidə ilk qaradərili qadını seçməklə tarixi addım atmış olub.

Harrisin seçimi eyni zamanda Baydenin Prezident Donald Trampı məğlub etməsi üçün qaradərili seçicilərin oynadığı rolu göstərir.

Demokrat partiyasından namizədliyini irəli sürmüş Kamala Harris ilkin seçkilərdə Baydenin rəqibi olub. 55 yaşlı Harris Kaliforniya ştatından birinci müddətə senator seçilib və partiyasının nüfuzlu fiqurlarından biridir.

Avqustun 20-də Harris sabiq prezident Barak Obama və Senator Elizabet Uorrenin şərhləri ilə nominasiyasının qəbulu ilə bağlı nitq söyləyəcək.

Sabiq Dövlət Katibi Con Kerri (Obama-Bayden hakimiyyəti dövründə) Trampın xarici siyasətini uğursuzluq kimi dəyərləndirib.

Con Kerri
Con Kerri

"Prezidentin xarici ölkələrə səfəri xoş məram missiyası deyil, lağlağadır. O, müttəfiqlərimizdən ayrılıb, diktatorlara sevgi məktubları yazır. Amerika baxıb gülünməyən bir prezidentə layiqdir," Kerri bildirib.

O əlavə edib ki, Bayden koronavirus, terrorizm və iqlim dəyişikliyi kimi dünyanın üzləşdiyi problemlərin həllinin millətin birliyi və təvazökarlığı ilə mümkün olduğunu dərk edir.

Sabiq prezident Bill Klinton xüsusilə böhran vaxtında Trampın liderliyini kəskin tənqid edib.

Respublikaçılar avqustun 24-də Şimali Karolinanın Şarlot şəhərində toplaşaraq Trampın namizədliyinin bir daha irəli sürülməsi üçün Respublikaçılar Partiyası standartı üzrə səsvermə planlaşdırır.

Tramp və Vitse-Prezident Mayk Pens əsas ştatların siyasi döyüş sahələrində seçkiqabağı kampaniyalarını davam etdirir.

Demokratlar qurultaya toplaşdığı vaxt prezident Tramp iki əsas ştatda - Arizona və Ayovada 1870-ci illərdə qadınların səsvermə hüquqları uğrunda mübarizə aparan Suzan B. Antoninin əfv edilməsi ilə qadınların rəğbətini əldə etməyə çalışıb.

Amerika İcmalı

Amerika İcmalı. Vaşinqtonun Ukrayna böhranını həll etmək üçün diplomatik səyləri
please wait

No media source currently available

0:00 0:27:46 0:00
XS
SM
MD
LG