Accessibility links

İran Azərbaycanında türk fəal Bəhmən Xaliqi avtomobil qəzasında həyatını itirib


Əslən Şərqi Azərbaycan vilayətinin Binab şəhərindən olan türk fəal və sabiq siyasi məhbus Bəhmən Xaliqi Qərbi Azərbaycan vilayətində baş verən avtomobil qəzasında həyatını itirib.

“Azərbaycan İnsan Haqları Cəmiyyəti” (Ərk) və AzNews TV-nin yaydığı məlumata əsasən, avtomobil qəzası Sayınqala-Qoşaçay yolunda baş verib.

Bəhmən Xaliqi keçən təqribən 10 il ərzində göstərdiyi fəaliyyətlər səbəbilə dəfələrlə həbs və mühakiməyə məruz qalıb. Həmçinin onun Binab şəhərində işlətdiyi İşıq Kitav Evi mağazası bir neçə il əvvəl dövlət tərəfindən qapadılıb.

Xaliqi bir neçə digər fəalla bərabər 2012-ci ilin dekabr ayında İranın Şərqi Azərbaycan vilayəti və Ermənistan Respublikası arasındakı əlaqələrə etiraz olaraq Marağa şəhərində keçirilən etiraz aksiyasına qatıldığ zaman həbs edilmişdi.

O, daha sonra həmin etiraz aksiyası ilə əlaqədar 6 ayı qəti və 6 ayı şərti olmaqla bir il həbs cəzasına məhkum olunmuşdu.

Bəhmən Xaliqi 2013-cü ilin fevral ayında isə Dünya Ana Dili Günü ilə bağlı təşkil olunan mitinqlərə qatıldığı üçün təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmişdı.

“Ərk” cəmiyyətinin yaydığı məlumatına əsasən, Bəhmən Xalqi son vaxtlara qədər mütəmadi şəkildə İranın təhlükəsizlik qurumunun basqılarına məruz qalırdı.

XS
SM
MD
LG