Accessibility links

Behzad Ciddi: Muğan bölgəsinin yoxsulluğu İrandakı büdcə ayrı-seçkiliyinin nəticəsidir


Behzad Ciddi
Behzad Ciddi

Son bir neçə həftə ərzində Ərdəbil vilayətinin Muğan bölgəsində bir neçə dəfə meydana gələn daşqınlar insan tələfatına və maddi itkilərə səbəb olub.

Əslən həmin bölgədən olan və hazırda ABŞ-da mühacirətdə yaşayan iqtisadçı və milli fəal Behzad Ciddi Amerikanın Səsinə müsahibədə həm son sel fəlakətinin fəsadları, həm də Muğan bölgəsinin iqtisadi vəziyyəti haqqında danışıb.

Behzad Ciddi: Muğan bölgəsinin yoxsulluğu İrandakı büdcə ayrı-seçkiliyinin nəticəsidir
please wait

No media source currently available

0:00 0:15:00 0:00
Direct link

Muğanda meydana gələn daşqınlar nəticəsində ən az 7 nəfərin həyatını itirdiyi bildirilir.

"Keçən həftələrdə baş verən güclü yağıntı keçən 30 ildə görünməmişdi. Keçmiş 30 ildə bölgədə bir qıtlıq olduğu üçün təəssüf ki, kəndlərdə və şəhərlərdə çayların və su hövzələrinin içinə keçiş vardı. Həm xalqın inşa etdiyi tikililər, həm də dövlətin çəkdiyi bəzi yollar çayla paralel gedib kəndlərə çatır," Behzad Ciddi söyləyir.

O, hesab edir ki, sel fəlakətində insan tələfatının əsas səbəblərindən biri yolların uyğun olmayan yerlərdə və araşdırılmadan çəkilməsidir:

"Germinin bəzi kəndlərində hətta görürük ki, sel insanları yollardan götürüb. Çünki, təəssüf ki, körpü olmadan çayla paralel yol salıblar. Yolların araşdırılmadan salınması və körpünün olmaması əhali arasında itkilərin əsas səbəbi ola bilər."

Behzad Ciddi daşqınlar səbəbi ilə Germi və Biləsuvarın 52 kəndində evlərin xəsarət aldığını və bəzi evlərin tamamən məhv olduğunu bildirib. Onun sözlərinə görə, "bir çox əkin yerləri ziyan görüb. Bir çox heyvan tələf olub. Əkin məhsulları məhv olub. Təəssüf ki, bölgədəki dövlət qurumlarının da büdcə qıtlığı var və əllərindən bir iş gəlmir."

O, təqribən son 30 ildə Muğan əhalisinin kəskin azaldığına diqqət çəkərək deyib ki, "demək olar ki, Muğanda sənaye sektoru yoxdur. Bölgənin iqtisadiyyatı sadəcə əkinçilik və xidmət sektorudur. Xidmət deyəndə, dövlət idarələri və özəl sektor. Yəni, əkinçilik əsas sayılır. Əkinçilik Germi bölgəsində yağıntıya bağlıdır. Keçən 30 il müddətində su qıtlığı səbəbilə əkinçilər yoxsullaşıb və xidmət sektorunun da kapasitəsinin olmaması üçün əhali məcburən bölgədən köçür."

Behzad Ciddi əlavə edib ki, "1996 ilindən 2016 ilinə qədər, ki İranda əhalinin son ümumi siyahıyaalınması həyata keçirilib, 20 il içində Germi şəhristanının əhalisi təqribən 44 faiz azalıb. 20-dən artıq kənd tamamən boşalıb və heç bir sakini yoxdur. 50-dən artıq kənddə bir neçə ev qalıb. Onlar da yaşlılardır... Əhali işçi olaraq Tehran ya Rəşt kimi şəhərlərə köçməyə məcbur qalır. Bunun çox hissəsi gənclərdir, xüsusilə kişilər. Qadınlar bölgədə qalır... Bunların hamısı bölgənin yoxsulluğunun və ayrıseçkiliyin fəsadlarıdır. Bölgədə ümumiyyətlə bir məhrumiyyət var. Məsulların keyfiyyətsizliyi var, ancaq, büdcə qıtlığı və büdcə ayrıseçkiliyi daha çox təsir edir və bölgəni çox yoxsul saxlayıb."

XS
SM
MD
LG