Accessibility links

ABŞ və Avropa diplomatları Belarus seçkilərini tənqid edir


ABŞ və Avropa diplomatları Belarus seçkilərini tənqid edir
ABŞ və Avropa diplomatları Belarus seçkilərini tənqid edir

ABŞ və Avropa diplomatları Belarusu bazar günü Minskdə avtoritar prezident Aleksandr Lukaşenkonun yenidən seçilməsinə etiraz edən nümayişçilərə qarşı ifrat gücdən istifadə etdyiinə görə qənayıb.ATƏT cənab Lukaşenkoya qəlbə gətirmiş saxtalaşdırılmış səsverməni tənqid edib və hökumətin prezidentliyə namizədlər, jurnalistlər və insan hüquqları fəallarının həbsinə görə məsuliyyətə cəlb edilməsinə çağırıb.

ATƏT-in müşahidəçi missiyasının sözçüsü Toni Lloyd deyib ki, seçkilərə qiymət indi prezidenliyə namizədlərin çoxunun, eyni zamanda, yüzlərlə fəal, jurnalist və vətəndaş cəmiyyəti nümayəndələrinin həbsi fonunda veriləcək.

ABŞ səfirliyinin açıqladığı bəyanatda prezidentliyə namizədlərin döyülməsi və həbs edilməsilə bağlı narahatlıq ifadə edilir. Burada həmçinin müxalifət lideri Vladimir Neklayevin polis tərəfindən döyüldükdən sonra naməlum şəxslər tərəfindən zorla xəstəxanadan çıxarıldığı ilə bağlı həyəcan bildirilir.

XS
SM
MD
LG