Accessibility links

Xədicə İsmayılova: Müxalifət düşmən ölkənin hərbi sənayesidir ki? [Audio-müsahibə]


jurnalist Xədicə İsmayılova
jurnalist Xədicə İsmayılova

Araşdırmaçı jurnalistin Amerikanın Səsinə müsahibəsi

Araşdırmaçı jurnalist Xədicə İsmayılova Amerikanın Səsinə müsahibəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsinə çağırılması, Facebook-da yayılan sənəd, ona qarşı yönələn fəaliyyətlərdən danışıb.
please wait

No media source currently available

0:00 0:06:48 0:00
Direct link

Sual: Sizin prokurorluğa çağırılmağınızla bağlı məlumatlar yayılıb. Nə qədər realdır?

Mən də soruşdum ki, belə çıxır ki, siz yayılan şəklin həqiqətən sənəd olduğunu və bunun dövlət sirri olduğunu artıq müəyyənləşdirmisiniz.
Cavab: Mənə bir nəfər zəng etmişdi, özünü Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsinin müstəntiqi kimi təqdim etdi. Doğrusu, adını yadda saxlamadım. Dedi ki, cinayət işi açılıb. Soruşdum nə üzrə cinayət içi açılıb. Dedi ki, siz Facebook-da sənəd yayıbsınız. Birinci soruşdum ki, cinayət işi fakt üzrə açılıb, yoxsa konkret şəxsə qarşı açılıb? O dedi ki, fakt üzrə açılıb. Bu Cinayət Məcəlləsinin 284-cü maddəsi, dövlət sirri təşkil edilən sənədin yayılması maddəsi ilə açılıb. Mən də soruşdum ki, belə çıxır ki, siz yayılan şəklin həqiqətən sənəd olduğunu və bunun dövlət sirri olduğunu artıq müəyyənləşdirmisiniz. O dedi ki, gəlin bu barədə söhbət edək. Mən dedim ki, zəhmət olmasa rəsmi çağırış vərəqi göndərin. O da dedi ki, niyə belə aqressivsiniz. Dedim mən aqressiv deyiləm. Bir halda ki, vaxtınız çoxdur, boş-boş içlərlə məşğulsunuz. Real cinayətləri araşdırmırsınız. Zəhmət olmasa mənə rəsmi şəkildə çağırış vərəqi göndərin və rəsmi şəkildə gəlim. Dedi ki, ünvanınızı verin. Mən dedim ki, sizə 2012-ci ildə barəmdə törədilən cinayətlərlə bağlı istintaq aparılması məqsədi ilə məktub göndərmişəm, ondan sonra onlarla məktub göndərmişəm ki, Bakı şəhər prokurorluğunun hərəkətsizliyi araşdırılsın. Onlarla məktub göndərmişəm ki, mənim şantaj olunmağım və şəxsi həyatıma müdaxilə ilə bağlı cinayətin istintaqının nə yerdə olması ilə bağlı məlumat alım. Həmin məktublarda mənim ünvanım göstərilib. Gedin baxın oradan mənim ünvanımı götürün. Bəlkə bu minvalla mənim şikayətlərimi də oxuyasınız. O dedi ki, biz istəyirdik ki, sizinlə xoşluqla, xoş münasibətlə, hörmətlə bunu həll edək. Siz də belə. Dedim ki, bunun qanunla nəzərdə tutulmuş ən hörmətli yolu budur. Düzü adam zəng edib, mobil telefonumu bilirlər, amma ünvanımı bilmirlər. Çox maraqlı gəldi mənə.

Mənə şəhər nömrəsindən zəng gəlmişdi, mən nə bilim kimdir. Bəlkə telefon xuliqanıdır.

Sual: O sənədi həqiqətən də siz yayıbsınız? Nə məqsədlə yayırdınız?

. Amma, bu sənəd bizim vergi ödəyiciləri kimi büdcəyə ödədiyimiz vəsaitlərin nə qədər qeyri-effektiv xərclənməsinin bariz sübutudur.
Cavab: Mən bunu sənəd adlandırmıram və bu ifadədən çəkinirəm. Çünki mən o məlumatın həqiqətən sənəd olub-olmadığını bilmirəm. Bunu mənə 2011-ci ilin sonunda göndəriblər. Göndərən adam əvvəllər Milli Təhlükəsizlik Nazirliyi (MTN) orqanlarında işləyib. Sənədi göndərən adama da dedim ki, sənədin həqiqiliyini yoxlamaq iqtidarında deyiləm və heç kimə də şər atmaq niyyətim yoxdur. Ona görə də bunu yaymadım. İndi də yayanda oradakı bütün adları və detalları qaraladım ki, adama böhtan atılmasın. Çünki orada adam haqqında komromatın olduğu göstərilir. Amma, niyə indi bunu yaydım. Çünki o günü baxdım ANS telekanalında Milli Təhlükəsizlik Nazirliyi, vətənə xidmət, dövlətin kəşfiyyat və əks kəşfiyyat işləri barədə ciddi danışırdılar. Amma, bu sənəd bizim vergi ödəyiciləri kimi büdcəyə ödədiyimiz vəsaitlərin nə qədər qeyri-effektiv xərclənməsinin bariz sübutudur. Əgər bu sənəd həqiqidirsə və MTN bu işlə məşğul olubsa.

Əgər bunun həqiqət olduğu üzə çıxarsa, bu böyük bir biabırçılıq, böyük bir skandaldır. Bu nədir? Yəni Azərbaycan müxalifəti düşmən ölkənin hərbi sənayesidir ki, ora casus yerləşdirilir. Bu olduqca biabırçı bir haldır. İndi məlum olur ki, həmin sənəd 2011-ci ildə mənə göndərilməmişdən əvvəl Facebook-da yayılıbmış. Əslində yeni bir şey deyilmiş. Təəssüf ki, o vaxt ad qaralanmadan, bütün məlumatlar açıq şəkildə yayılıbmış. Bu çox məsuliyyətsiz bir işdir. Çünki adamın bu şəkildə qaralanması heç yaxşı iş deyil. Amma, bir halda ki, prokurorluq cinayət işi açır, bu məlumatı sənəd adlandırır, bunu belə ciddi-ciddi dövlət sirri hesab edir, belə çıxır ki, biabırçılıqdır. Ölkə üçün çox böyük biabırçılıqdır ki, əgər bu həqiqidirsə, görün bizim MTN nə ilə məşğul olur. Mən yəni dəhşət içindəyəm, şokdayam.

Sual: Sizi həbs edə bilərlərmi?

Həbs etmək istəyirlər ki, uzun müddət başları dinc olsun.
Cavab: Əslində bu ehtimallardan biridir. Ehtimal minimum var, ehtimal maksimumum var. Ehtimal minimum budur ki, vaxtımızı almaq istəyirlər ki, biz ciddi işlərlə məşğuluq, o işləri bitirməyə, başa çatdırıb üzə çıxarmağa vaxtımız olmasın. İkinci ehtimal da budur ki, ola bilsin ki, həbs etmək istəyirlər ki, uzun müddət başları dinc olsun. Bu da bir ehtimaldır. Bu ölkədə bu ehtimal hər bir şəxs üçün var.

Sual: Son zamanlar ölkənin bir sıra medialarında, rəsmi qurumlarında sizinlə bağlı fəaliyyətlər görünməkdədir. Nə ilə bağlıdır, niyə belə edirlər?

Təəssüf ki, bəzi özünü müxalif adlandıran media orqanları da bu işdə iştirak etdilər
Cavab: Bu bir əmrdir, yuxarıdan gəlir. Mən hətta saytlarda o yazıların tərcümələrinə fikir verdim, eyni ifadələr işlənmişdi. Yəni bu ən azından qəzet redaksiyalarında hazırlanmış tərcümələr deyildi. Qəzet redaktorları bu işin icraçılarıdır. Heç bir halda bu işin təşəbbüskarları deyillər. Hesab edirəm ki, bu Prezident Administrasiyasından və ya MTN-dən gəlir. Sadəcə qəzetlər, media orqanları bunu icra edirlər. Təəssüf ki, bəzi özünü müxalif adlandıran media orqanları da bu işdə iştirak etdilər. Amma, görünür ki, bu prosesin bir hissəsidir, və bəli prezidentlə görüşürsən, sonra bu işlərin icrası ilə məşğul olursan. Bu prosesin bir hissəsidir. Prezidentlə dostluğun bədəli var, o bədəli ödəmək var.

Sual: Sizə qarşı bu fəaliyyətlə məşğul olanlara sözünüz?

Bir az daha ciddi təxribat hazırlasınlar.
Cavab: Bir az ciddi olsunlar. Mən istəyirəm ki, bir az bizim intellektimizə hörmət etsinlər. Bir az daha ciddi təxribat hazırlasınlar. Belə ucuz-ucuz işlərlə vaxtımızı almasınlar. Hörmət qoyun bir az qarşınızdakı adama. Çünki belə olmaz, belə qeyri-ciddi işlərlə məşğul olmaq olmaz. Bu işlərin təşkilinə bu qədər pul tökülür. Məncə bir az keyfiyyətli işləyə bilərdilər. Daha ciddi təxribatlar qoysunlar ortalığa, məsələyə daha kreativ yanaşsınlar. Yoxsa bu nədir, casusluq. Köhnə söhbətlərdir, yeni bir şey fikirləşmək lazımdır. Bir az təxəyyüllərini işə salsınlar. Hörmət tələb edirəm özümə qarşı, hörmət.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Kyivə əvvəlcədən elan olunmamış səfər edib
please wait

No media source currently available

0:00 0:13:47 0:00
XS
SM
MD
LG